Əlaqə Arxiv
news Image
2014.06.10
09:02
| A A A
“Kölgə iqtisadiyyatı”nın tam ləğvi gözlənir
Ekspertlər iqtisadiyyatda şəffaflıq sahəsində aparılan işlərin artıq müsbət nəticələr verdiyini bildirir

Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə genişlənməkdə, bu sahədə qanun pozuntularına yol verənlərə qarşı sərt addımlar atılmaqdadır. Hesab edilir ki, bütün bunlar nəticə etibarı ilə cəmiyyətdə şəffaflıq göstəricilərinin yüksəlməsinə, eyni zamanda iqtisadi tərəqqinin daha dinamik hala gəlməsini təmin edəcək. Xüsusən də "ASAN Xidmət"in yaradılması qeyd edilən istiqamətdə mühüm nailiyyətlərin əldə olunmasına rəvac verib. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə həm də "kölgə iqtisadiyyatı"nın tam aradan qalxmasına rəvac vermək iqtidarındadır.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirdi ki, 2013-cü ildə Azərbaycan ümumi daxili məhsulu (ÜDM) 54 milyard manata yaxınlaşamışdı: "İldən-ilə də ÜDM-mız artır. Bildiyimiz kimi, ÜDM-nin artımı da ilk nöbədə uçotda olan istehsalın bazar dəyəri ilə ölçülür. Əgər hansısa istehsalat uçotdadıra, qeydiyyatdan rəsmi olaraq keçibsə, onlar açıq iqtisadiyyayın bir hissəsidir və ÜDM-də öz əksini tapır. Təbii ki, uçotdan kənar olan iqtisadi fəaliyyət isə gizli iqtisaddiyat kimi özünü göstərir. Ona görə də son dövrlər Azərbaycanda gizli iqtisadiyyatın aşkara çıxarılması, sahibkların şəffaf faəliyyət üçün mühüm tədbirlər görülür. Belə tədbirlərin görülməsinə ehtiyac var. Buna misal olaraq mart ayından ölkə başçısı tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı sərancamını, həm də "ASAN Xidmət"in fəaliyyətə başlaması kimi məsələləri qeyd edə bilərik. Bunlarla yanaşı, ölkədə rəqabət şəraitinin artırılması, mülkiyyət məsələlərinin asanlaşdırılması, əmək müqavilələlərində öhdəliklərin yerinə yetirilməsi, lisenziya sahəsində islahalatların aparılması, sahibkalıq subyektlərinin qeydiyyatının daha da asanlaşdırılması bu istiqamətdə açıq iqtisadiyyatın payının artmasına gətirib çıxarıb. Korrupsiya hallarının aradan qaldırılmasına kömək göstərib. Ölkədə "Elektron hökumət" dövlət proqramın fəaliyyətinin davam etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlərlə birbaşa məmur təmasının aradan qaldırılması və daha çox elektron vasitələrdən istifadə olunması gələcəkdə sahibkarlıq subyektlərində korrupsiya meyllərinin azalmasına gətirib çıxaracaq. Bunlar ölkədə şəffaf itisadiyyatının payını getdikcə artmasına, son nəticədə ÜDM-nin artımına və ölkədə iqtisadi artım göstəricisinin sürətlənməsinə gətirib çıxaracaq".

Digər iqtisadçı Aydın Hüseynov bildirdi ki, korrupsiyaya qarşı mübarizədə, ümumiyyətlə, iqtisadiyyatda şəffaflıq sahəsində aparılan bütün işlərin özündə bir siyasi dəstək var: "Bu, inzibati forma ilə yanaşı həm də müəyyən islahatlar tələb edir. Həmin islahatların tərkib hissəsi olaraq iqtisadiyyatda bütün sahələrin elektronlaşdırılması, müasir texnologiyaların tətbiq olunması və artıq cəmiyyət tərəfindən çox yüksək rəğbətlə qarşılanan "ASAN Xidmət"in yaradılmasıdır. Bütün bunların hamsı şəffaflığım təmin olunması yolunda atılan ən böyük addımlardır. Arxasında da siyasi dəstək var. Ona görə də çox yaxın zamanda Azərbaycan bütün sahələrdə unikallığını əldə etdiyi kimi bu sahədə də ən yüksək səviyyəli dövlət kimi tanınacaq".

Sizin Reklam Yeriniz