Əlaqə Arxiv
news Image
2014.06.10
11:49
| A A A
Bakıda 6 nəfər günvurmanın qurbanı oldu
Oqtay Şahmalıyev: "Həmin xəstələrə dərhal tibbi yardım göstərilərək 3-ü xəstəxanaya yerləşdirilib”

Iyun ayı başlayandan bu günədək Bakıda 6 nəfəri gün vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyevin Movqe.az-a verdiyi məlumata görə,  son günlər havaların isti keçməsi nəticəsində BŞTTTYS-ə günvurma diaqnozu ilə 6 nəfər müraciət edib: "Həmin xəstələrə dərhal tibbi yardım göstərilərək 3-ü xəstəxanaya yerləşdirilib".

O. Şahmalıyev havalar isti keçdiyindən 15 çimərlikdə təcili tibbi yardım briqadalarının səhər saat 09:00-dan axşam saat 09:00-dək növbə çəkdiyini bildirdi. Onun sözlərinə görə, qarşıdan yay fəslinin qızmar günləri gəldiyindən günvurma diaqnozu ilə həkimə müraciət edənlərin sayının artacağı istisna deyil. Odur ki, stansiyanın baş həkiminin müavini əhalini isti havalarda ehtiyatlı olmağa, xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmamasının məsləhət olduğunu söylədi: "Artıq yay fəsli olduğundan insanlar günvurmanın qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar. Biz məsləhət görürük ki, insanlar səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinsinlər. Eyni zamanda geyimlərində ağ paltarlara, ağ baş örtüklərinə üstünlük versinlər. Bundan əlavə günvurmanın əsas amillərindən olan bədəndə su balansını qoruyub saxlasınlar. Məlumdur ki, günvurmanın əsas səbəbi kimi bədəndə mayenin itirilməsi göstərilir. Ona görə də, isti hava şəraitində gün ərzində ən azı iki-üç litr maye qəbul etsinlər.Özləri ilə ən azı 0,5 litr su ehtiyatı götürsünlər".  



Sizin Reklam Yeriniz