Əlaqə Arxiv
news Image
2014.07.09
08:35
| A A A
Dollar sıradan çıxarılır
Samir Əliyev: “Neftin alqı-satqısı avro ilə aparılarsa, bu, avronun bahalşamsına gətirib çıxara bilər” Oqtay Haqverdiyev: “Neft avro ilə alınacaqsa, bunun Azərbaycan iqtisadiyyatı üçün mənfi təsiri ola bilməz”

Fransanın "Total" şirkətinin rəhbəri Kristof de Marjeri maraqlı bir açıqlaam ilə gündəmə gəlib. O, təmsil etdiyi şirkətin bundan sonra nefti dollar ilə yox, avro ilə ala biləcəyini də açıqlayıb. Kristof de Marjeri bildirir ki, beynəlxalq ticarətdə əsas yeri dollar yox, avro oynmalıdır.

Xatırladaq ki, bəhs olunan şirkətlə Azərbaycanın da əlaqələri mövcuddur. Avronun beynəlxalq ticarətdə əsas rol yonması isə dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki, qərarın avronun məzənnəsini yüksəltmə ehtimalı var. Ancaq Kristof de Marjerinin bu cür çıxışı ekspertlər tərəfindən tam inandıcı qarşılanmır. İqtisadçı Samir Əliyev bildirdi ki, dünyada enerji daşıyıcıları, xammal, qiymətli metalların alqı-satqısı dollarla aparılır: "Ancaq bu gün bəzi ölkələr dollardan imtina siyasətini həyata keçirirlər. Ona görə də hazırda avro məsələsi ortaya çıxıb. Avro dünyada dollardan sonra ikinci böyük çəkiyə malik olan valyutadır. Azərbaycanın valyuta ehtiyatlarında dolların payı 60-70% civarında dəyişirsə, avronun payı isə 20-25% arasındadır. Avronun da arxasında böyük iqtisadiyyat durur. Avro ilə alqı-satqının aparılması həmin şirkət üçün sərfəli ola bilər. O baxımdan ki, son zamanlar avronun kursu bahadır. Amma Avopa ölkələrinin avro ilə neft alqı-satqısına gedəcəyinə inanmıram. Çünki, avronun bahalanma problemi var. Avropa iqtisadiyyatı ixracyönlüdür. Avronun bahalaşması xüsusən Almaniya və Fransanın iqtisadiyyatına mənfi təsir göstərər. Onların məhsullarının alıcılıq qabiliyyətini aşağı salacaq. Əgər neftin alqı-satqısı avro ilə aparılarsa, bu, avronun bahalşamsına gətirib çıxara bilər. Bu isə Avropa Birliyi üçün sərfəli deyil. Ona görə də bu çıxışı bir təşəbbüs kimi qiymətləndirmək lazımdır. Avropa Birliyi ən azından yaxın dövrlərdə buna getməyəcək".

Ekspert hesab edir ki, əgər neftin alqı-satqı avro ilə həyata keçirilərsə, bunun Azərbaycan iqtisadiyyatına ciddi təsiri ola bilməz: "Çünki, bizim valyuta ehtiyatlarımızda dollar üstünlük təşkil edir. Avronun da müəyyən qədər payı var. Bu isə balans yaratmaq üçün edilib. Yəni, dollar ucuzlaşanda itkilər avro hesabına kompensasiya edilir və yaxu da əksinə. Neftin avro ilə satılarsa, Azərbaycana dollar yox, avro axını başlayacaq. Amma bizim iqtisadiyyat dollar üzərində qurulmuş iqtisadiyyatıdır. Odur ki, neftin avro ilə satılması ölkədə dollar qıtlığı yaradar ki, bu da bizə sərfəli deyil. Nə qədər ki, dünyada neft dollarla satılır, Azərbaycan da onu dollar ilə satmalıdır. Əgər iqtisadi konyuktura dəyişərsə, valyutaların yerdəyişməsi baş verərsə, onda vəziyyətə uyğun qərar qəbul edilə bilər."

Digər iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, dollar və avro dünyada öndə gedən iki valyutalardır: "Düzdür, hazırda dollar daha qüvvətli hesab olunur. Ancaq hər iki valyuta nəhəng iqtisadiyyatlara arxalanır. Bizim valyuta ehtiyatlarımızın yarısından çoxu dollar, 35% avro, qalan hissəsi isə digər valyutalarda cəmləşib. Ona görə də neft avro ilə alınacaqsa, bunun Azərbaycan iqtisadiyyatı üçün mənfi təsiri ola bilməz. Elə Azərbaycanın ixracatının 70-80%-i məhz avroməkana gedir. Ona görə də neftin avro ilə alqı-satqısını hətta bizim üçün daha əlverişli hesab etmək olar. Eyni zamanda biz valyuta ehtiyatlarımızı saxladığımız xarici bankların çoxu Avropa ölkələrində yerləşir".

Sizin Reklam Yeriniz