Əlaqə Arxiv
news Image
2014.07.16
16:10
| A A A
Azərbaycandan Avropaya 2 milyardlıq neft göndərildi
Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə ixrac edilən neftin ümumi həcmi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Ceyhan Dəniz Terminalına son 8 ildə 1 milyard 984 milyon barrel xam neft yüklənib.

Heydər Əliyev adına Dəniz Terminalına çatan xam neft buradan da BTC kəmərinin icraçısı Botaş tərəfindən tankerlərlə dünya bazarlarına ixrac edilib.

BTC xəttinin istismara buraxıldığı tarixdən 14 iyula qədər 2 min 589 neft tankeri ilə xam neftin daşınması reallaşdırılıb.

Qeyd edək ki, Türkiyənin ən əhəmiyyətli regional proyektlərindən olan və "21-ci əsrin İpək Yolu" olaraq adlandırılan BTC layihəsi ilə Azərbaycanda istehsal olunan xam neft boru xətti ilə Gürcüstan üzərindən Ceyhandakı dəniz terminalına, buradan da tankerlərlə dünya bazarlarına çatdırılır.

Təxminən 4 milyard dollara başa gələn BTC layihəsinin ümumi uzunluğu 1776 kilometrdir. BTC xətti ilə gündəlik 1 milyon barrel, ildə isə 50 milyon tonluq neft nəql etmək mümkündür.
Sizin Reklam Yeriniz