Əlaqə Arxiv
news Image
2014.07.18
08:10
| A A A
Əhali tərəfindən dollar satışı çoxalmağa başlayır
Məhəmməd Talıblı: “Vətəndaşlarımız manatı daha etibarlı valyuta növü hesab edirlər” Rəşad Həsənov: “Avronun möhkəmlənməsi xarici valyutada vəsaitləri saxlayanlar tərəfindən dolları satıb, avronu almaq marağı yaradıb”

Rəsmi statistikaya görə, əhali tərəfindən dollar satışı artıb. Əvəzində isə avronun alışında artımlar var. Ancaq əhali pullarını daha çox manatla saxlamağa üstünlük verir.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, dollarla satışın çoxalması ixrac olunan məhsulların içərisində neft məhsullarını payı çox olmasının nəticəsidir: "Dünyada neftin qiymətini artması ölkəyə dollar axınını sürətləndirə bilər. Digər tərəfdən dollar daha dönərli olduğu üçün xarici əməliyyat daha çox onunla aparılır. Dolların daha dönərli olması fonunda avronun azalması o, deməkdir ki, Azərbaycanda istehlak, xüsusi ilə də ərzaq məhsullarının 45%-i idxal hesabına formalaşır. 55% isə yerli istehsal hesabına həyata keçiririk. Yəni, ölkəyə idxal səviyyəsi azalıb. Buna görə adekvat olaraq idxal əməliyyatlarındakı avroda azalmalar qeydə alınıb".

Ekspert əlavə etdi ki, Azərbaycanda Mərkəzi Bankın denominasiya siyasətinə uyğun olaraq manatın dəyərini qorunub saxlanılması üçün təxminən 1 milyard əlavə manat dövriyyəyə buraxılır: "Vətəndaşlarımız manatı daha etibarlı valyuta növü hesab edirlər. Ona görə də əmanətlərin saxlanılmasında manata daha çox üstünlük təşkil edir".

Digər iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, dollar ilə satışın çoxalması hazırda avronun məzənnəsində möhkəmlənmə prosesinin getməsindən irəli gəlir: "Bu da xarici valyutada öz yığımlarını saxlamaq istəyənlərdə avroya olan marağı artırıb. Ona görə də avronun alışı sürətlənib. Artıq avronun möhkəmlənməsi xarici valyutada vəsaitləri saxlayanlar tərəfindən dolları satıb, avronu almaq marağı yaradıb. Azərbaycan manatı ilə yığımlara üstünlük verilməsi prosesi isə uzun müddətdir gedir. Bu, Azərbaycanda hakimiyyətin və Mərkəzi Bankın manatın məzənnəsinin möhkəmləndirilməsi istiqamətində siyasətin davam etdirməsi ilə bağlıdır. Cəmiyyətə məlumtlar da dolaşır ki, manatın məzənnəsinin möhkəmləndirilməsi hələ uzun müddət davam edəcək. Bununla əlaqədar yığımlarda son dövrlər manatın həcmi yüksək olaraq qalır. Bu, təhlükəli siyasət deyil. Lakin manatın məzənnəsinin bu dərəcədə qorunması və möhkəmlənməsi ixracı stimullaşadırmaq məqsədi ilə nəzəri baxımdan doğru deyil. Azərbaycanda istehsal olunan məhsulların dünya bazarlarına çıxışını əngəlləyən haldır. Dünyada ixrac potensiallı ölkələr daim öz valyutalarının məzənnəsinin azaldılması istiqamətində siyasət aparırlar. Son dövrlər avronun möhkəmlənməsi Avropa Mərkəzi Bankı tərəfindən də iqtisadiyyata ciddi təhlükə kimi qiymətləndirilir. Problem onda görülür ki, avronun möhkəmlənməi AB-nin ixrac etdiyi məhsullarının daha baha olmasına və dünya bazarlarında rəqabət qabiliyyətinə mənfi təsir edəcəyinə və sonda Avropa iqtisadiyyatına mənfi təsir edəcək. Lakin məsələyə Azərabycan aspektindən yanaşdıqda bu, o qədər də ciddi problem hesab edilmir. Çünki, Azərbaycanın ixrac potensialı azdır. Dünya bazarlarında rəqabət aparacq məhsulu yoxdur. İxracın böyük hissəsini neft və qaz məhsulları təşkil edir. Bunlar da dollar ilə alqı-satqı edildiyinə görə manatın məzənnəsi ilə heç bir əlaqəsi yoxdur. Bunun üstün tərəfi odur ki, Azərbaycan müəyyən məhsulları idxal edir. Bu şəraitdə manatın möhkəm olması ölkəyə idxal olan məhsulların qiymətlərini stabil saxlanmasına və ya nisbətən ucuz başa gəlməsinə təsir edir. Burada sonda qazanan ölkə vətəndaşları, itirən isə Mərkəzi Bankın ehtiyatlarıdır".

Sizin Reklam Yeriniz