Əlaqə Arxiv
news Image
2014.08.04
13:41
| A A A
İnnovasiyaların maliyyələşdirilməsində Vençur kapitalının rolu

Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətcil istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir.

Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.

Qeyd edək ki, inkişaf etmiş dövlətlər bu məsələrin həllində daha çevik siyasət həyata keçirərək iqtisadiyyatın elastik və dinamik inkişafını qabaqlamaq və onun tələblərini qarşılamaq məqsədilə özlüyündə daha mürəkkəb və sadə təzahür formasına malik biznes alətlərini formalaşdırmağa çalışırlar. Təbii ki, bunun kökündə yenə də mövcud insan, kapital, əmək ehtiyatları, təbii sərvətlər kimi resurslardan maksimum səmərəli istifadə olunması məsələləri dayanır. İstehsalda səmərəlilik əldə edilməsi məqsədilə son dövrlər insan amili mərkəzə çəkilərək digər resurslar onunla əlaqələndirilir və bu ikili qarşılaşdırmalar nəticəsində yeni kombinasiyalar meydana çıxır ki, nəticədə məhsuldar qüvvələrin yeniləşmiş gücü ortaya çıxır. Bu baxımdan da mövzumuzda toxunulması qarşıya qoyduğumuz problemin mərkəzində insan və kapital faktoru qarşılaşdırılır ki, bunun da nəticəsində bənzəri olmayan yeni məhsul, spantan inkişaf və daha çox gəlir gətirən bir model ortaya çıxır. Fikrimizcə, Vençur kapitalını insan və maliyyə kapitalınn qarşılıqlı sintezindən meydana çıxan bir məhsul adlandırsaq heç də yanılmarıq. 1950-ci illərin sonlarında ABŞ-da meydana çıxan Vençur kapitalı tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi. Vençur kapitalı dedikdə, bu bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan investorlar tərəfindən yönəldilən maliyyə vəsaitidir. Vençur sərmayələri digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlukəsi ilə üzbəüz qalmış şirkətilərin inkişafı üçün həyata keçirilir. Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən amma bununla yanaşı yuxarıda da qeyd etdiyimiz kimi yüksək riskli investisiyalardır. Həmçinin, bu tip investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur. Vençur sərmayəçisi dedikdə isə bu növ invetisiyaların qoyuluşunu həyata keçirən şəxs və ya şirkət kimi başa düşülür. Vençur sərmayəçiləri kapitalın yatırılması forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur invetorları geniş miqyaslı vençur investoru adlanır. Dar mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürlmüş bir və ya iki sferasında həyata keçirilən investisiya fəaliyyəti başa düşülür. Vençur sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur investisiyalarının yatırımlarına rast gəlmək olar.

Vençur kapitalı müəssisə hələ heç bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə yatırıldığından ona çox vaxt start kapitalı adı da verilir. Bununla yanaşı vençur investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə özünün ağır dövrlərini keçərək bazarda müvafiq yerini tuta bilməsinə böyük yardım edir. Bir sıra vençur fondları bazarda səhmdar cəmiyyətlərinin yenidənqurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların investorlar üçün cəlb edici hala gətirilməsi istiqamətindəki fəaliyyətlərinə görə də ixtisaslaşırlar. Qeyd edək ki, vençur sərmayəçiləri üçün başlıca cəzb edici sahə dünyanın müxtəlif regionlarında əldə edilən elmi-texniki nailiyyətlərin maliyyələşdirilməsidir. Bununla yanaşı geniş yayılmasa da vençur sərmayəçiləri tikinti sektoruna, sənaye səhəsinə, xidmət sferasına da maliyyə qoyuluşu edirlər. Son dövlər isə vençur şirkətləri pərakəndəsatış və sosial məsuliyyət sferası üzrə işləyən firmalar üzrə də ixtisaslaşaraq buna xeyli vəsait də yatırırlar. Qeyd etdiyimi kimi Azərbaycan üçün yeni olan bu invetisiya növü Qərbdə artıq 60 ilə yaxındır ki, geniş tətbir olunur. Bu baxımdan inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə olunması bu İnstitutun ölkəmizdə də fomalaşması və inkiaşfı baxımından böyük əhəmiyyət kəsb edir.

Bu sahədə ABŞ Vençur kapitalının formalaşmasının beşiyi kimi də xarakterizə olunur. ABŞ Milli Vençur Kapitalı Assosasiyasının 2008-ci il məlumatına görə vencur kapitalı əsaslı şirkətlər tərəfindən ABŞ iqtisadiyyatında 12 milyon nəfərlik iş yeri və 3 trln. ABŞ dolları həcmində maliyyə vəsaiti formalşdırılmışdır. Bu rəqəm ABŞ-da ümumi işləyən əhalinin 11%-ni, əlaqəli olaraq da ÜDM-nin 21%-ni təşkil etmişdir. Bütün bunlar onu göstərir ki, vençur kapitalı əsaslı şirkətlər ABŞ iqtisadiyyatında iş yerlərinin açılması və gəlirlərin artmasında mühüm rola malikdirlər. Amerikada 1970-ci ildən 2008-ci ilə kimi 27 000-dən çox firmanın inkişafına qoyulan cəmi vençur kapitalının həcmi 456 mlrd. ABŞ dolları olmuşdur. Vençur kapitalı əsaslı müəssilərin inkişaf etiyi əsas ştatlar: Masaçuset, Pensilvaniya, Texas olmuşdur. Vençur kapitalı 60 illik fəaliyyəti dövründə ABŞ iqtisadiyyatına hal-hazırda dünyada tanınmış şirkətləri bəxş edərək onların inkişafına təkan vermişdir. Bunların sırasından Amazon, Google, Apple, Cisco, Staples və eBay kimi nəhəng korporasiyaları göstərmək olar. Bu səbəbdən də müasir dövrdə dünyanın əksər ölkələri bu sahədə ABŞ-ın əldə etdiyi uğurları öyrənməyə çalışaraq özlərində də bu sahənin inkişafı üçün dövlət siyasətinin formalaşdırılması və vergi sisteminin qurulması istiqamətində ABŞ-la əməkdaşlıq etməyə çalışırlar.

ABŞ-da vençur kapitalı əsasən aşağıdakı sahələrin inkişafına güclü təkan vermişdir:

- İnformasiya Texnologiyaları;

- Biotexnologiya;

- Tibbi ləvazimatların istehsalı;

- Şəbəkə təhlükəsizliyi;

- elektron ticarət və sosail media;

- Ekoloji təmiz texnologiya

Avropada hal-hazırda vençur kapitalı əsasında yaranmış xeyli sayda şirkət fəaliyyət göstərir. Beləki, Avropa Vençur Capitalı Assosasiyasının 2005-ci ilin məlumatlarına əsasən bu regiona cari il ərzində 12,5 mlrd. ABŞ dolları məbləğində Vençur kapitalı cəlb edilmişdir. Rusiyada isə Vençur kapitalı əsaslı şirkətlərin formalaşdırılmasına Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə 1994-cu ildən başlanılmışdır. Sözügedən dövrdə Regional Vençur Fondları yaradılmışdır ki, bu da Rusiyanın 10 vilayətindən olan 10 qurumu əhatə edir. 1997-ci ildə isə Rusiya Vençur İnvetisiyası Assosasiyası təsis edilmişdir ki, onun da tərkibinə Rusiyada fəaliyyət göstərən 12 Vençur fondu daxildir.

Ümumiyyətlə Vençur kapitalı təcrübəsinin Azərbaycana gətirilərək onun yerli şirkətlərdə, elm, təhsil ocaqlarında tətbiqi ölkə iqtisadiyyatının inkişafı, onun strukturunun dəyişdirilərək elmtutumlu sahələrin önə çəkilməsi, milli, regional və dünya səviyyəsində yeli şirkətlərin rəqabətqabiliyyətliyinin artması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, vençur kapitalı hər şeydən əvvəl ona görə əhmiyyətlidir ki, biz onun sayəsində Azərbaycanlı alimlər tərəfindən illərlə işlənmiş və müvafiq patent, müəlliflik hüququ alınmış elmi işlərin istehsalatda tətbiqini daha da sürətləndirə bilərik. Bununla yanaşı Vençur kapitalı vasitəsilə yeni istehalsal sahələrinin xüsusilə, də informasiya kommunikasiya texnologiyalarının, nonotexnologiyaların, biotexnologiyaların və dugər elm sahələrinin inkişafına nail olmuş olarıq. Bunun üçün isə sadəcə olaraq vençur kapitalı sahəsində böyük təcrübəyə və uğurlu nəticələrə malik olan dövlətlərin və onaların müəssisələrinin fəaliyyəti yaxından öyrənilməli və bunun əsasında instisional islahatları nəzərdə tutan proqramlar hazırlanaraq ardıcıl şəkildə həyata keçirilməlidir.


QEYD: Məqalə Şuranın maliyyə dəstəyilə həyata keçirilən "Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması" layihəsi çərçivəsində yazılıb



Sizin Reklam Yeriniz