Əlaqə Arxiv
news Image
2014.09.11
08:15
| A A A
Sosial evlərlə bağlı məsələ təklifdən o tərəfə keçmir
Vüqar Bayramov: “Sosial Mənzil Fondunun yaradılması əmlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq” Ramil Osmanlı: “Ayda 70 – 80 manat kirayə haqqı ödəməklə ev problemini həll edə biləcəklər”

Məlumdur ki, ölkədə vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üçün müxtəlif addımlar atılmaqdadır. Misal üçün ipoteka kreditləşməsini buan nümunə kimi göstərə bilərik. Bundan başqa, Mənzil Məcəlləsində insanların dövlət xətti ilə evlə təmin olunması barədə digər məqamlar da öz əksini tapıb. Sosial Mənzil Fondunun yaradılması da bu qəbildəndir. Burada aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən Mənzil Fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və Mənzil Fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri və s. ətraflı şəkildə qeyd edilib. Yəni, vətəndaş yaşadığı müddət ərzində çox az məbləğdə vəsait ödəməklə həmin sosial mənzilə sahib ola biləcək. Hansı ki, oxşar praktika dünya ölkələri və eləcə də qonşu Türkiyədə də mövcuddur. Ancaq qanunun 5 il ötməsinə baxmayaraq, hələlik sosial mənzillərdən yararlanan sakinimiz yoxdur. Təcrübənin Azərbaycanda tətbiq olunması məsələsi dəfələrlə parlament müzakirələrində gündəmə gəlsə də, Mərkəzi Bank və Maliyyə Nazirliyi sosial ipotekanın şərtlərini yüngülləşdirməklə genişləndirilməsini daha məqsədəuyğun saydı.

İqtisadi və Sosail İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Mənzil Məcəlləsinə əsasən, sosial Təminat Fondu büdcə hesabına formalaşmalıdır: "Həm mənzilləri inşa etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi mənzillərin bir qismini uzunmüüdətli dövr üçün vətəndaşlara kirayə formasında təklif etməlidir. Güman olunur ki, bu, 7- 15 il müddətində təklif oluna bilər. Amma təəsüf ki, sosial mənzil fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud mənzillərin cəmi 3 % - i sosial mənzil fondudur. Onların böyük bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial mənzillərdir. Mövcud qanunverciliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyət orqanları da sosial məqsədlə təqdim edilən evləri vətəndaşalara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin mənzillərin böyük bir qismi adətən, müxtəlif sənət adamlarına, idmançılara pulsuz olaraq verilir. O baxımından bu sosial mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir. Eyni zamanda dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların mənzilə olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bütövlükdə nəzərə alaq ki, inkişaf etməkdə olan ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20 %- dir. Azərbaycanda isə bu rəqəm 3 faizdir. Deməli, Sosial Mənil Fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var. Dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqmətə ayrılması mümkündür. Bu isə dövlət büdcəsinə hansısa ağırlıq yaratmayacaq. İllik olaraq 400 milyon manatın bu istiqamətə ayrılması imkan verəcək ki, həmin mənzillərin uzunmüddətli və az ödənişlə təqdimi mümkün olsun. Məsələn, Türkiyədə 2 otaqlı mənzil Sosial Mənzil Fondu ilə təqdim edilən zaman aylıq ödənişi 80 dollardır. Azərbaycanda da bunu 80 manatla vətəndaşlara təqdim etməklə mümkündür. Bu gün fondun yaradılması üçün həm hüquqi, həm də maliyyə bazası var".

Ekspert bildirdi ki, qanunvercilikdə sosial mənzillər üçün 1 milyard manatın ayrılması təklif olunub: "Amma 400 milyon manatın ayrılmasını ona görə təklif edirik ki, bu məbləğ mənzil bazarında qimətlərin kəskin aşağı salınmasına gətirib çıxarmayacaq. Çünki, böyük məbləğin bu istiqamətə yönəldilməsi əmlak bazarında qiymət azalmasına gətirib çıxara bilər. Bu da mənzil bazarının rentabelliyini aşağı salacaq. Amma hər il 400 milyon manatın ayrılması bazarda qiymət artımlarının qarşısını ala bilər. Ona görə də sosial mənzil fondunun yaradılması əmlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı hesab edir ki, layihənin həyata keçirilməsində olan ləngiməsinin əsas səbəbi Sosial Mənzil Fondunun mövcud olmamasi ilə bağlıdır: "Sosial Mənzil Fondunun olması mənzil bazarında qiymətlərə, dinamikaya hansısa formada təsir göstərməyəcək. Çünki, Azərbaycanda aztəminatlı, sosial mənzilə ehtiyac olan ailələrin sayı o qədər çoxdur ki, həmin insanların mənzil təminatını tam olaraq həyata keçirilməsi üçün illər lazımdır. Sosial Mənzil Fondunun üstünlüyü ondan ibarət olacaq ki, aztəminatlı insanlar məskunlaşmaq üçün təxminən 70 – 80 manat kirayə haqqı ödəməklə ev problemini həll edə biləcəklər".

Ramil Osmanlı onu da əlavə etdi ki, bu gün ipotekadan yararlanan təbəqəyə fikir versək, görərik ki, həmin təbəqə faktiki olaraq, sosial təbəqə hesab olunmur: "Kifayət qədər əmək haqqı alanlardır. Əmək haqları imkan verir ki, kirayədə qalsalar belə, normal şəkildə öz minmum yaşayış təminatlarını həyata keçirə bilsinlər. Ancaq sosial mənzilə ehtiyacı olan insanlar təxminən 300 manata qədər məbləğində maaşla bütün problemlərini həll edən insanlardır. Bu, həmin insanlarda psixoloji, maddi problemlərə gətirib çıxarır. Ona görə də bunun ipoteka prosesinə hansısa formada təsiri ola bilməz. Həm də burada fərq ondan ibarətdir k, ipoteka krediti ilə alınan mənzil müəyyən müddətdən sonra girovdan çıxarılaraq vətəndaşın mülkiyyətinə verilir. Ancaq sosial obyeklərin mülkiyyətə götürülmməsi anlayışı mövcud deyil".

Sizin Reklam Yeriniz