Əlaqə Arxiv
news Image
2014.09.12
08:02
| A A A
MDB-də dollar dövriyyəsinin sonu çatır...
Məhəmməd Talıblı: “ABŞ valyutasına qarşı bu münasibətin ifadə olunması dollara inamı sarsıtmaq məqsədi daşıyır”

Rusiya bu dəfə İranla ticarət dövriyyəsində dollardan imtina etmək qərarına gəlib. Belə ki, Tehranda keçirilən İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurasının 11-ci toplantısında Rusiya və İran arasında bir sıra iqtisadi razılaşmalar imzalanıb. İranın neft naziri Bijən Namdar Zəngani bildirib ki, ölkələrimiz arasındakı ticarətdə dollar əvəzinə rial və rubldan istifadə etməyi planlaşdırırlar. Xatırladaq ki, Rusiya son aylar ərzində bir neçə oxşar addımı atıb. Artıq Çin ilə əldə olunan razılığa görə ticarətdə rubl və yuandan istifadə edilir. Bundan başqa, ötən ay Türkiyə tərəfi də Rusiyaya xarici ticarətdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif etmişdi.

Aydın məsələdir ki, Rusiyanın bu addımları Qərbin və ABŞ-ın sanksiyalarına cavab olaraq dollardan asılılığı azaltmaq məqsədi güdür. Hətta məlumatlar var ki, Rusiya Azərbaycan da daxil olmaqla iqtisadi əlaqələri olan bir sıra ölkələrlə oxşar addımı atmaq niyyətindədir. Bu isə ölkəmizi çətin seçim qarşısında qoya bilər. Çünki, MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə məhz Rusiya Federasiya olsa da, ölkəmizin xarici ticarətində əsas yeri Avropa ölkələri tutur.

İqtisadçı ekspert Məhəmməd Talıblı "Mövqe"yə bildirdi ki, Rusiya ilə İran münasibətlərinin intensivləşməsi onların qlobal dünyadan təcrid olunmuş vəziyyətdə olduqlarından xəbər verir: "Yəni, hər iki ölkə üçün beynəlxlq sanksiyalar, qlobal təhdidlər hər zaman gündəmdə olub. Sanki hər iki ölkəni birləşdirən amil dünyadan tamamilə təcrid olunmuş tənha vəziyyətdir. Bu vəziyyətdən çıxış üçün onlara qarşı olan Qərb dairələrinə mesaj vermək istəyirlər ki, ABŞ-ın milli valyutası hökmran mövqedə olmasın. Amma bu, iqtisadi əsasla deyil, daha çox siyasi ambissiyalardan xəbər verir. Çünki, dollar yalnız ABŞ-ın valyuta vahidi deyil. Dollar dünyada ən dönərli, sabit valyuta növü hesab olunur. Ona görə də antiamerikan mövqedən çıxış etmək əslində, dünyanın əhəmiyyətli hissəsinə qarşı çıxmaq deməkdir. Rusiya və İranın dünya ticarət dövriyyəsində payı əhəmiyyətli dərəcədə azdır. ABŞ dolları isə dünyada daha çox dövriyyədə olan, hamının istifadə etdiyi dönərli valyuta növüdür. ABŞ dollarına qarşı bu münasibətin ifadə olunması real vəziyyətdən xəbər vermir. ABŞ dollarına inamı sarsıtmaq məqsədi daşıyır. Nəzərə alaq ki, Azərbaycanın və region ölkələrinin Rusiya və İranla ticarət əlaqələri böyük rəqəmlərlə ölçülmür. Amma Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var".

Ekspertin fikrincə, İranın və Rusiyanın bu cür siyasəti ABŞ dollarına inamın azalmasına, iflasına gətirib çıxarmayacaq: "Ancaq bu, Azərbaycan üçün seçim imkanları qoyur. Çünki, ABŞ dolları elə bir valyuta növüdür ki, dünya ölkələri öz milli valyutalarının dəyərini məhz ABŞ dollarına nisbətdə müəyyənləşdirirlər. Ona görə də Rusiya və İran tərəfindən ABŞ dollarına qarşı üsyan var. Amma bu, müsbət perspektiv vəd etmir. Sadəcə, ABŞ-a qarşı xüsusi münasibətin ifadəsidir. Eyni zamanda ABŞ iqtisadiyyatına və milli valyutasına zərbə vurmağa hesablanıb. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın həm dünyada, həm də regionda investisiya təsir imkanları İran və Rusiyadan az deyil. Ona görə də Azərbaycanın da ABŞ dollarına qarşı Rusiya-İran tandeminə qoşulacağı inandırıcı görünmür. Bu, Avropa investorlarının ölkəyə marağının kifayət qədər".

Sizin Reklam Yeriniz