Əlaqə Arxiv
news Image
2014.09.13
08:01
| A A A
İran neftini Azərbaycan da sata bilər
Zəfər Vəliyev: “Təcrübəmiz var və İran neftinin satışını təşil edə bilərik”

Hazırda Qərb dövlətləri tərəfindən kəskin embaroq şəraitində yaşayan İran və Rusiya öz aralarında bir sıra yeni müqavilələrə imza atıblar. Rusiya İrandan gündəlik 500 min barrel neft alıb onun satışını özü həyata keçriməyi hədəfləyir. Rusiyanın enerji naziri Aleksandr Novak həmkarı Həmid Çitçiyanla görüşündə bildirib ki, İranla xam neft alışı mövzusunda razılaşma mümkündür. 40 şirkəti təmsil edən 100-dən çox iş adamı ilə Tehrana gələn rus nazir 5 illik razılaşmanın reallaşacağı təqdirdə İranın Rusiyaya gündəlik 500 min barrel neft ötürəcəyini qeyd edib."Röyter"in məlumatına görə, razılaşma baş tutarsa, İrandan gələn neft Rusiya vasitəsi ilə dünya bazarına çıxarılmış olacaq. Rusiya İrandan nefti barter üsulu ilə almağı düşünür. Mütəxəssislərin fikrincə, Azərbaycan da oxşar praktikadan istifadə edə bilər. Dünya bazarlarına çıxa bilməyən İran neftinin Azərbaycan tərəfindən alınıb, satılması mümkündür.Energetika məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, neft müqaviələlri qarşılıqlı anlaşmalar şəraitində baş tutur: "Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2005-ci ildən başlayaraq dünyanın müxtəlif ölkələrində özünün nümayəndəliklərini yaradıb. İsveçrədə "Socar-Tradding SE" adlı kompaniyası var ki, Azərbaycan neftinin satışı və marketinqi üzrə ixtisaslaşmış bir şirkətdir. Amma bu şirkət yalnız Azərbaycanın neft və neft məhsullarını satmır. Qazaxıstanın, Türkmənistanın, Rusiyanın da neftinin satışını təşkil edir. Yəni, təcrübəmiz var və analoji olaraq İran neftinin satışını təşil edə bilərik. Baxmayaraq ki, beynəlxlq neft ticarətində İranın təcrübəsi Azərbaycandan yüksəkdir, amma bu sahədə onlarla əməkdaşlıq edə bilərik. Bunların da hamısı müqavilə əsasında həyata keçirilməlidir".

Ekspert bildirdi ki, İranla Rusiya arasındakı memorandum hələlik müqavilə deyil: "Burada danışıqlar gedir. Tam fəaliyyət fazasına yetişməyib. Rusiyanın məqsədi Fars körfəzində neft ixracatına nəzarət etmək və qiymət siyasətini müəyyənləşdirilməsində iştirak etməkdir. İranın özü neft ixracatı üzrə dünyanın aparıcı dövlətlərindəndir. O, OPEK səbətinin müəyyən olunmasında aparıcı rola malikdir. Vaxt var idi ki, İranda sutkalıq neft hasilatı 6 milon barrel olub. Hazırda sanksiyalar olsa da, İran hasilatı 4 milyon barrelə çatdırmaq istəyir. BP-nin keçənilki qiymətləndirməsinə görə, İran ötən il 166 milyon ton neft hasil edib. Bunun 92 milyon tonu daxilə, qalanı isə xarici tələbata yönəlib. Amma embaroqdan əvvəl dünyanın bir çox ölkələrində İran Neft-Qaz Şirkətinin nümayəndəlikləri olub. Yəni, İran öz neftini özü satıb. Hazırda İrandakı neft yataqlarının kontrakt sahələrində İran Milli Neft–Qaz Şirkəti ilə əməkdaşlıq edən xarici kompaniyalar var. Bu şirkətlər öz paylarını özləri satırlar. İran dövlətinə məxsus nefti isə İranın özünün treyder şirkətləri satır. Embarqodan əvvəl Avropada "Nafta-İran" deyilən treyder kompaniyası var idi. O, dünyanın aparıcı kampaniyalarından biri sayılır. Ona görə də ARDNŞ-nin İran Milli Neft-Qaz Şirkəti ilə neft alqı-satqısında əməkdaşlığı mümkündür. Ola bilər ki, ARDNŞ Asiya ölkələrinin hansısa birində böyük neft emalı zavodu alsın. Həmin zavodun xam neftə olan ehtiyacını İran nefti vasitəsi ilə həyata keçirə bilər. Bunun əvəzində Ceyhan limanından İranın Avropadakı alıcılarına Azərbaycan nefti ixrac oluna bilər".

Zəfər Vəliyev onu da əlavə etdi ki, söhbət hasilatdan gedirsə, həmin yataqlarda birgə fəaliyyət göstərmək üçün ARDNŞ İran Milli Neft-Qaz Şirkəti arasında müqavilə olmalıdır: "Artıq gələn ilin fevralında İranın neft-qaz sektorunda xarici neft kompaniyalarının iştirakı ilə bağlı böyük konfrans keçiriləcək. Həmin yataqların işləməsində Azərabycan da iştirak edə bilər. Bunlar dövlətlərarası razılıq əsasında olmalıdır. Çünki, İranın Fars körfəzində və quru hissə zəngin neft yataqları var. Quru yataqlarda neft hasilatında ARDNŞ-nın böyük təcrübəsi var".

Sizin Reklam Yeriniz