Əlaqə Arxiv
news Image
2014.09.23
10:23
| A A A
Avropa enerji təhlükəsizliyini formalaşmasını Bakısız təsəvvür etmir
Vüqar Bayramov: “Anlaşma yalnız Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına deyil, eyni zamanda Avropa enerji asıllığının azaldılmasına ciddi töhfə verəcək”

Məlumdur ki, sentyabrın 20-də Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu layihənin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirdi: "Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər". 20 il əvvəl "Əsrin müqaviləsi"nin imzalandığını, daha sonra Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin çəkildiyini xatırladan İlham Əliyev deyib ki, bu gün yeni komanda yeni layihənin əsasını qoyur və burada uduzan tərəf yoxdur.

İqtisadi və Soail İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dəhilizin çəkişilişini ölkəmzi üçün yüksək dividendlər gətirəcəyini bildirir: "20 sentyabr eyni zamanda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi ilə tarixə düşdü. Yalnız "Şahdəniz" və "Abşeron" yataqlarından 2 trilyon kubmetrdən çox mavi qaz hasil edilməsi gözlənilir. Ölkəmizin kəşf edilməyən qaz ehtiyatları isə 5 tirlyon kubmetrə yaxındır.

Ukrayna-Rusiya münaqişəsi fonunda idxalının 42 faizini "Qazaprom"dan alan Avropa üçün enerji təhlükəsizliyi qitənin ümumi təhlükəsizliyinin ən vacib elementinə çevrilib. Brüsseldə isə enerji təhlükəsizliyini formalaşmasını Bakısız təsəvvür etmirlər. Bu baxımdan, indiki anlaşma yalnız Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına deyil, eyni zamanda Avropa enerji asıllığının azaldılmasına ciddi töhfə verəcək. "Şahdəniz"in 2-ci fazasının işlənməsi ölkəmizə yaxın illərdə 150 milyard dollar vəsaitin daxil olması deməkdir".

İqtisadçı hesab edir ki, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzunmüddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir: "Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. "Şahdəniz" yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu, eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda hasilatın pay bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir".

Vüqar Bayramov qeyd etdi ki, Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi: "Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Birliyin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq Cənub Qaz Dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhfə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermiş oldu".

Sizin Reklam Yeriniz