Əlaqə Arxiv
news Image
2014.10.30
09:50
| A A A
Neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,27 dollar azalaraq 1 barelə görə 81,93 dollar təşkil edib.

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar ucuzlaşaraq 87,01 dollar olub.

Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,17 dollar bahalaşaraq 90,52 dollar olub.

Sizin Reklam Yeriniz