Əlaqə Arxiv
news Image
2014.11.04
10:10
| A A A
Qış turizmi hələ də sürətli inkişafdan geri qalır
Vüqar Bayramov: “Turizm sektorunda klaster yanaşmanın tətbiq edilməsini təklif edirik” Elxan Vəliyev: “Bu sahədəki mövcud idarəçilikdə müəyyən nöqsan və çatışmazlıqlar var”

"Azərbayana ən çox qonşu ölkələrdən gələn turistlərin sayında azalma müşahidə olunur, xüsusilə Rusiya və İrandan. Bu isə onların daxili məsələləri ilə əlaqədardır". Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, ötən 9 ay müddәtindә Azәrbaycana gələn turistlәrin sayı ilə bağlı rәqәmlәr mövcuddur: "Statistika böyük artımı göstәrmir. Amma bu, heç dә Azәrbaycanın turizm potensialının azalması demәk deyil. Bizim tәbliğat mexanizmimizin yaxşı işlәdiyi digәr regionlardan axın artmaqdadır. Bu, əlbəttə, sevindirici haldır".

Qeyd edək ki, ölkəmizdə yay turizmi daha geniş yayılıb. Bu səbəbdən də əksər turizm obyektləri ancaq yay fəslində, 3-4 ay ərzində aktiv fəaliyyət göstərə bilir. İlin digər aylarında isə həmin obyektlər əsasən boş qalır. Bu isə ölkəmizdə qış turizminin zəif olmasının nəticəsidir. Düzdür, son illər bu istiqamətdə də müəyyən addımlar atılır. Şahdağ qış turizm kompleksi istifadəyə verilib. Lakin bununla belə qış turizmi hələ ki, istənilən həddə inkiaşf etməyibr. Bunun səbəbləri və problemin aradan qaldırılması yollarını ekspertlərlə dəyərləndirdik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qış turizminin zəif olmasının səbəbini idarəçiliyin aşağı səviyyədə olmasında görür: "Son zamanlar qış turizminin inkişafı istiqamətində müəyyən addımlar atılır. Şahdağ Turizm Kompleksinin istifadəyə verilməsi qış turizminə marağın artmasına gətirib çıxarıb. Eyni zamanda, reallıq ondan ibarətdir ki, Azərbaycanda bu sektor daha çox yay turizmi üzərində qurulub. Turizm sektorunda klaster yanaşmanın tətbiq edilməsini təklif edirik. Problem ondan ibarətdir ki, rayonlarda olan turizm obyektləri yalnız yay dövründə turizmin inkişafını həyata keçirə bilirlər. İlin digər mövsümündə isə əksər turizm obyektlərinin fəaliyyəti dayanır. Bu da turizmdə fasilənin müşahidə olunmasına gətirib çıxarır və belədə həmin sahə ciddi olaraq inkişaf etmir. Azərbaycanda əslində, qış turizminin inkişafı ilə bağlı imkanlar var. Amma bu sahədə geriliyin səbəblərindən biri turizm idarəçiliyinin zəifliyindən qaynaqlanır. Turizm menecmenti zəif olduğundan, rayonlardakı obyektlər mövsümü olaraq fəaliyyətlərini davam etdirə bilmir və belədə fəaliyyətləri ancaq bir mövsümə ünvanlanmış fəaliyyətdən ibarətdir. Deməli, menecmentin zəif olması bu sektorun fasiləsiz işləməsinə imkan vermir. Turizm obyektləri yaydan sonrakı inkişaf üçün də strategiyalarını müəyyənləşdirməlidirlər. Apardığımız tədqiqatlar göstərir ki, rayonlarda inşa edilən otellərin böyük qisminin konfrans zalları yoxdur. Konfrans zallarına malik olmaqla otellər yaydan sonrakı mövsümdə həmin obyektlərdə konfrans, simpozium və seminarların həyata keçirilməsini təşkil edə bilər. Turizm obyektlərinin təhsil müəssisələri, hətta bələdiyyələrlə birgə layihələr həyata keçirməsi də vacibdir. Yalnız yay mövsümünə xarakterik xidmətlərdən deyil, eyni zamanda, digər, məsələn, turizm obyektinin yerləşdiyi yerdə ekuskursiyaların təşkili, Azərbaycanın tarixi yerlərinə turist səfərlərinin təşkili kimi fəaliyyətlərin həyata keçirilməsi də olduqca vacibdir. Lakin zəif menecmentlik prosesin inkişafını əngəlləyir. Ona görə də bu sahəyə klaster yanaşmanın tətbiqinə və il boyu turist cəlbi üçün müxtəlif xidmətlərin həyata keçirilməsinə ehtiyac vardır".

Turizm eksperti Elxan Vəliyev də qış fəslində ölkəmizdə turuzmin zəif olmasını idarəçilikdəki qüsurlarda axtarmağı lazım bildi: "Bu sahədəki mövcud idarəçilikdə müəyyən nöqsan və çatışmazlıqlar var. Ölkəmizdə turizm obyektləri ancaq yay fəslində işləməyə meyllidir. Hər bir ölkədə, istər Türkiyə, istərsə, Avropa ölkələri olsun burada qiymət standartları mövcuddur. Kənardan gələn müştəriyə bir, daxildəkinə isə ayrı cürə qiymət təklif olunur. Bu tendensiyanın Azərbaycanda olmaması səbəbindən turizm, əsasən də qış turizmi zəif həddədir. Amma son zamanlar bu istiqamətdə də müəyyən addımlar atılır. Qəbələdə Tufandağ, Qusarda Şahdağ turizm kompleksləri kimi alternativ variantların olması ölkəmizdə də qış turizminin inkişafına müəyyən perspektivlər açır".

Sizin Reklam Yeriniz