Əlaqə Arxiv
news Image
2014.11.14
08:40
| A A A
Pullarımız arasında Çin yuanı da olacaq…
Rəşad Həsənov: “Vəsaitlərin bir qismini Çin yunanında yerləşdirmək mümkündür” Samir Əliyev: “Proqnozlara görə, 2020-ci ildə dünyadakı valyuta ehtiyatlarının təqribən 10 faizi yuanda saxlanacaq”

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Dövlət Neft Fondun 2014-cü ilin 9 ayının nəticələrinə görə, büdcədənkənar xərcləri 962,7 milyon manat təşkil etməsi bir daha ondan xəbər verdi ki, ən dönərli valyutalar belə etibarlılığını itirə bilər. Fonda müxtəlif dövlətlər zaman-zaman valyuta ehtiyatlarının strukturunu dəyişdirməyə üstünlük verirlər. Aparıcı valyutalardan olan avro və rubl son vaxtlar dəyərdən düşdüyündən əvəzləyici kimi Çin yuanına maraq ratıb. Hətta artıq Rusiya əmanətlərin qəbulunda da yuanı mümkün sayır. Məlumdur ki, sözügedən valyuta Azərbaycanın valyuta ehtiyatının da çox cüzi həcmini təşkil edir. Rəsmi səviyyədə onun payının artırılacağı bildirilməsə də, ekspertlər yuanın həcminin artmasını məqbul hesab edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, məsələyə fərqli aspektdən yanaşmaq olar: "İlk növbədə onu qeyd etmək lazımdır ki, hazırda xüsusi ilə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının 34%-ni özündə birləşdirən avronun dəyərinin sürətlə düşməsi bu mövzunu daha çox aktuallaşdırır. Artıq Azərbaycan valyuta ehtiyatlarının yerləşdiriməsində bu istiqamətdə diversifikasiya olmalıdır. Bu prizmadan yanaşdıqda, sürətli inkişaf yolunu keçən ölkələrin valyutalarının səbətə daxil edilməsi müsbət addım olardı. Bu istiqamətdə addımların atılması digər valyutaların, xüsusi ilə də avronun ucuzlaşmasından irəli gələn itkiləri kompensasiya edə bilər. Bu baxımdan vəsaitlərin bir qismini son dövrlər sürətli inkişaf edən bir ölkə olaraq Çin yunanında yerləşdirmək mümkündür. Lakin başqa bir nüansa diqqət etmək lazımdır. Hazırda Çin iqtisadiyyatında artım tempi proqnozlaşdırılan qədər deyil. Gözlənilir ki, bununla bağlı hökumət hansısa addımlar atsın. Çin iqtisadiyyatını xüsusi ilə ixrac üzərində qurulduğuna görə, yuanın məzənnəsini aşağı salmaqla hökumət iqtisadi stimullaşdırma siyasətinə daha çox üstünlük verir. Belə olduğu təqdirdə yenə də əvvəlki kimi yuanın məzənnəsinin aşağı düşməsində Azərbaycan itirən tərəf olacaq. Bu prizmadan yanaşdıqda məsələyə daha ehtiyatlı baxmaq lazımdır. Amma ümumiyyətlə, Azərbaycan valyuta ehtiyatlarını daha dinamik idarə olunmasına başlanılsa, yaxşıdır. Təbii ki, vəsaitlərin uzun müddətə yerləşdirilməsi, uzunmüddətli iqtisadi proqnozların daha çətin hesablanması və bir çox gözlənilməyən hadisələrin ortaya çıxması nəticəsində bizim itkilər çox ola bilər. Belə olduğu təqdirdə vəsaitlərin yerdəyişməsini təmin edərkən daha qısamüddətli qərarlar və dinamik idarəetmə həyata keçirmək lazımdır".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, düzdür, hazırda ABŞ dollarının kursu yuandan yüksəkdir: "Ancaq söhbət yuana tələbatdan gedir. Valyuta ehtiyatlarımızın strukturunu diversifikasiya etmək mütləqdir. Ən azından ona görə ki, bir sıra işlək valyutalar ciddi dəyərsizləşib. Düzdür, dünyada bütün valyuta ehtiyatlarında dolların payı çox olub. Biz də dolların üstünlüyünü saxlamalıyıq. Lakin digər valyutaları da daxil etmək olar. Məsələn, Kanada və Avstraliya dollarını nəzərdən keçirə bilərik. Bundan başqa, sərbəst dönərli valyuta olmasa da, valyuta ehtiyatımıza müəyyən miqdarda yuanı daxil etmək mümkündür. Çünki, sərbəst buraxılarsa, yuan 20%-ə qədər bahalaşa bilər. Yəni, yuanın bahalaşma perspektivi var. Hətta proqnozlara görə, 2020-ci ildə dünyadakı valyuta ehtiyatlarının təqribən 10 faizi yuanda saxlanacaq. Yəni, bu valyutaya təlabat artdıqca, bahalaşması gözlənilir. Onsuz, ABŞ da həmişə Çin hökumətinə qarşı iddiasında onu bildirib ki, Çin yuanın öz dəyəri real dəyərindən 20% ucuzdur. Həm də qlobal maliyyə böhranından sonra yuan cəlbedici valyutaya çevrilib. Amma yuan sərbəst dönərli valyuta deyil"

Sizin Reklam Yeriniz