Əlaqə Arxiv
news Image
2014.11.17
11:22
| A A A
Dünya Bankı Azərbaycan üzrə yeni əməkdaşlıq sənədi hazırlayır

Dünya Bankı Azərbaycanla əməkdaşlıq çərçivəsində yeni ölkə strategiyasının layihəsini hazırlayır. Movqe.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali (Henry Godfrey Rupiny Kerali) deyib: "Müqavilə təxminən 6 aya hazır olacaq və bu sənəd 4-5 illik müddəti əhatə edəcək". H.Kerali qeyd edib ki, sənədin ilkin layihəsi artıq Azərbaycan hökuməti ilə razılaşdırılıb: "Strategiya çərçivəsində 2016-cı il üçün 460 mln. dolların ayrılması nəzərdə tutulur. Bu vəsait əsasən Azərbaycanın kənd təsərrüfatı inkişafı, su sistemlərinin təkmilləşdirilməsi və təhsil sahəsinə ayrılacaq". Bununla yanaşı H.Kerali bildirib ki, Azərbaycan hökuməti DB-dən aldığı bəzi kreditlər üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirməyə hazır olduğunu bəyan edib: "Bu, ölkənin sürətli inkişafı ilə bağlıdır. Azərbaycanla müqaviləyə əsasən, o, 5 ildən sonra kreditləri geri ödəməli idi. Amma Azərbaycan çox sürətlə inkişaf edir və artıq 2012-ci ildən özünün bəzi kredit borclarını qaytarmağa hazır olduğunu bildirib. Hazırda bu məsələ ətrafında tərəflər arasında danışıqlar gedir".

Sizin Reklam Yeriniz