Əlaqə Arxiv
news Image
2014.11.17
11:25
| A A A
Problemli kreditlərin artımı davam edir

Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır. Qeyd etmək lazımdır ki, Müstəqilliyimizdən bu zamana qədər yığılan kredit borclarının portfelinin həcmi bu səviyyəyə qədər artmamışdır. Hal-hazırda yanvar-sentyabr aylarının yekunlarına görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 973 milyon manat olub. Bilirsiz bu nə deməkdir? 1milyarda yaxın borc deməkdir. Statistika göstərir ki, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb. İlin əvvəlində isə bu məbləğ 793 milyon idi. Problemli kreditlərin günü gündən artmasının qarşısını almaq üçün bir başa ciddi Dövlət nəzarəti lazımdır. Ölkədəki problemli kreditlərin çox hissənin istehlak kreditləri olduğunu görürük. Hətta Dövlət başçısı ötən illərdə banklara biznes sahələrinə investisya yatırılması, kreditlər ayrılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Amma görünür istehlak kredit faizləri biznes kreditlərə baxanda daha yüksək olması və qazanılma müddəti və proseduru nisbətən asan olması bu sahəyə daha çox bankları meyilləndirir. Bir məsələnidə vurğuluyum ki, bu gün banklar zaminsiz və girovsuz kreditlər təklif edirlər, hətta 20000 AZN-ə dək. Bu 22-30% kredit faizi ilə. Əlbəttə nəzərə alsaq ki, müəyyən bir şəxsə 20000 kredit verilir umumi hesablamalara əsasən müştərinin qaytaracağı məbləğ 24400 AZN başlayır. Hal-hazırda Avropa ölkələrində istehlak kreditləri 1 rəqəmlə ifadə olunur. Ancaq və ancaq ölkədə avtomobil sıxlığını azaltmaq məqsədi ilə Avtomobil kreditləri 2 rəqəmlə ifadə olunur. Bundan başqa qərb ölkələrində banklar kredit verən zaman müştəri üzrərində hər tərəfli araşdırma aparırlar. Hətta mən bu yaxın New York Times jurnalında hansısa bankın istehlak krediti almaq istəyən müştərinin iş fəaliyyətini gündəlik izləməsi üçün xəəfiyyə belə ayrılmışdır. Bundan əlavə dünya praktikasına əsaslanan kollektor agentlikləri təklif etmək olar ki, sırf onların yaranmasının məqsədi problemli kreditlərin qaytarılması prosesinin artırılmasıdır. Bilidiyiniz kimi, problemli kreditlərin həcmi bank aktivlərindən 3%-dən çox olarsa bu ən azı artıq yeni yaranan və fəaliyyətə yeni başlayan, o cümlədən nizamnamə kapitalı çoxda olmayan bank üçün təhlükədir. Bu baxımdan kollektor agentliklərə ciddi ehtiyac var. Əhalinin gəlirləri təzadlıq təşkil edən kredit faizləri endirilməyəcəyi halda 2015-ci il üçün borcların 1milyardı keçəcək. Təqiqatlar göstərir ki, bu faizlərlə 2015-ci ilə qədər problemli kredit portfelinin məbləğ 1 milyardı keçəcək. Məntiqi dəlillər bunu deyir ki, əhalinin gəlirləri bu faziləri ödəməyə imkan vermir. Borc ödənilmədiyi halda fazilərin üst üstə yığıldığını nəzərə alsaq son məbləğə doğru daha da qabarmağa başlayır. Mən Rusiya təcrübəsini deyə bilərəm ki, Rusiyada bu hal baş verdikdə faizlərin artırılması prosesi dayandırılmışdı və bu hal borcların qaytarılmasına müsbət təsir göstərmişdir.

Sizin Reklam Yeriniz