Əlaqə Arxiv
news Image
2014.11.22
07:40
| A A A
Evlərin ucuzlaşdırılması yolları müəyyən olundu
Nüsrət İbrahimov: “Prosedurlar minimuma endirilsə, tikintinin maya dəyəri xeyli aşağı düşəcək” Azər Mehtiyev: “Azərbaycanda tikintinin stimullaşdırılmasını istəyiriksə…”

Əhalinin mənzilə tələbi artan xətt üzrə inkişaf etsə də, hazırda ev tikintisini həyata keçirən şirkətlərin bu sahədə fəaliyyəti tələbata adekvat deyil. Bu səbəbdən tikinti sahələrinin fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif təkliflər irəli sürülür. Məsələn, millət vəkili Aydın Mirzəzadə mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə verginin müvəqqəti ləğv edilməsini vacib sayır.

MBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov məsəəlyə belə yanaşır: "Tikintinin vergidən azad edilməsindənsə, sənədləşdirilmə prosedurunun maksimum sadələşdirilməsi daha effektiv nəticə verər. Bu gün üçün vergidən azd olunma aktual məsələ deyil. Prosedurlar minimuma endirilsə, tikintinin maya dəyəri xeyli aşağı düşəcək. Hətta bu məsələdə "bir pəncərə" sisteminə keçmək olar. Bu üsul daha effektiv olar. Bu gün büdcəni formalaşdırmaq o qədər də asan məsələ deyil. Büdcənin formalaşmasında hamı iştirak etməlidir. Müəyyən kateqoriyaları oradan istisna etsək, büdcəni kim formalaşdıracaq? Digər tərəfdən tikitni şirkətlərinə güzəştlər tətbiq etsək, tikinti şirkətləri iqtisadiyyatın başqa seqmentlərindəki şirkətlərlə müqayisədə daha üstün mövqeyə malik olacaqlar. Onsuz da yüksək olan rentabellikləri daha da artacaq. Yəni, bu, bir növ iqtisadiyyatın başqa seqmentlərinin inkişafını xələl gətirmiş olur. Ona görə də iqtisadiyyatın müxtəlif seqmentlərində çalışanların hamısı üçün eyni şərait yaratmaq lazımdır. Hamısına eyni şərtlər qoymaq lazımdır ki, rəqabət mühiti olsun və iqtisadiyyat normal inkişaf etsin. İqtisadiyyatın bir seqmenti qabağa gedib, başqa seqmentinın axsaması yaxşı hal deyil".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də problemdən çıxışda bu üsulu məqbul görmədi: "Ümimiyyətlə, hansısa sahədə problemlər varsa, bunlar heç də hər zaman vergi güzəştlərinin tətbiqi, vergidən azadetmə ilə bağlı olmaya bilər. Azərbaycanda tikintinin stimullaşdırılmasını istəyiriksə, ilk növəbədə tikinti şirkətlərinin maliyyə çatışmazlığının olub-olmamasını, onların hansı maneələrlə üzləşdiyini öyrənmək lazımdır. Mövcud problemlərin aradan qaldırılması istiqamətində addım atılmalıdır. Ancaq nədənsə, stimullşadırmadan danışıldıqda ilk növbədə vergidən azadetmə təklif olunur. Halbuki, bu gün daha çox vergidən yayınma hallarının aşkar edilməsinə ehtiyac var. Həmin tikinti şirkətlərinin nə dərəcədə vergiyə cəlb olunması aydınlaşdırılmalıdır. Bu baxımdan Azərbaycanda tikitni sahəsində bahaçılıq olması bilavasitə tikinti şirkətlərinin vergiyə cəlb edilməsi ilə bağlı məsələ deyil. Burada daha ciddi problemlər var. Məsələn, ilk növbədə tikinti üçün torpaq sahələrinin alınması ilə bağlı məsələdə çətinliklər var. Həmçinin, tikintiyə razılıqların alınması, tikinti sektorunda rəqabət qabiliyətinin aşağı olması, nəhayət mənzillərin rəsmiləşdirilməsindəki sənədlərinin verilməsində də problemlər qalıb. Bunların hamısı tikinti xərclərini artıran amillərdir. Bu da son nəticədə mənzillərin qiymətinin qalxmasına gətirib çıxarır".

Sizin Reklam Yeriniz