Əlaqə Arxiv
news Image
2014.11.25
09:45
| A A A
Azərbaycandan yenə əcnəblərin mülk bazarına böyük pullar axır
Nüsrət İbrahimov: “Riskləri paylamaq üçün pulun bir hissəsini ölkə daxilindən çıxartmaq lazımdır” Ruslan Atakişiyev: “İlk növbədə imkanları genişlənmiş əhali təbəqəsi xarici ölkələrdə əmlak əldə etməkdə maraqlı olurlar”

Aparılan hesablamalar Azərbaycan vətəndaşlarının xaricdə il ərzində xərclədiyi vəsait həcminin 3-5 milyard manat arasında olduğunu göstərir. Həmin vəsaitin tərkibini əsasən turizm, səhiyyə və şoppinq xərcləri təşkil edir. Lakin daşınmaz əmlak bazarına yatırılan vəsaitlərin həcmi ilk sırada durur. İstiqamətlər isə əsasən Türkiyə, İngiltərə, İtaliya, Rusiya, Avstriya və Fransadır.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov bildirdi ki, həmin vəsaitlərin hamısı yalnız əhali tərəfindən yatırılan vəsait deyil: "Dövlət xəttilə də xaricdə vəsait yatrılır. Ümumiyyətlə, dünyada da belə təcrübə var. Ölkələr valyuta rezervi yaratmaq, inflyasiydan qorunmaq üçün vəsaitlərini pul, qızıl, həm də daşınmaz əmlak formasında saxlaya bilirlər. Azərbaycanın da günü - gündən valyuta ehtiyatları çoxalır. Onların düzgün yerləşdirilməsi günün aktual mövzularından biridir. Əvvəllər pul şəklində yerləşdirildisə, bu gün qızıl, daşınmaz əmlak, qiymətli kağızlar alınır. Yəni, riskini azaltmaq üçün öz riskini paylayır. Daşınmaz əmlaka pulun bir hissəsini yatızdırmaq olar. Amma bunu riski az olan sahələrə yatızdırmaq lazımdır. Həm də elə etmək lazımdır ki, həmin daşınmaz əmlak gəlir gətirən olsun. Bu tələblərə cavab verirsə, normaldır. Riskləri paylamaq üçün pulun bir hissəsini ölkə daxilindən çıxartmaq lazımdır".

Nüsrət İbrahimov əlavə etdi ki, həmin vəsaitlərin böyük hissəsi əhali tərəfindən yatırılanlardır: "Dünyada belə bir praktika var ki, investisiya tələb olunan ölkə öz sərhədlərini açır. Avropa ölkələri həmişə bu siyasəti yeritməkdədirlər. Vaxtı ilə böhrandan çıxış yolunu həm də bu məsələdə axtarırdılar. Yəni, ölkələr bu fürsətlərdən yararlanmağa çalışırlar. İmkanı olan şəxslər isə əllərindəki pulları saxlamaq və riskdən qorumaq üçün adətən daşınmaz əmlak alırlar. Xarici bazarlar isə bizə nisbətən stabildir. Məhz buna görə də imkanlı şəxslər eyni zamanda xaricdən daşınmaz əmlak almaqda maraqlı olurlar. Bəzi vətəndaşlarımız isə övladlarının təhsil aldığı, digərləri artıq biznes əlaqələri qurduqları dövlətlərdə ev almağa meyl edirlər. Daxildə bazar stabilləşsə belə, yenə də əhali xaricə vəsait yatırmaqda davavm edəcək. Əsas çalışaq lazımdır ki, xarici vətəndaşların ölkəmizə vəsait yatımasını stimullaşdıraq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, bunun bir neçə səbəbi var: "İlk növbədə imkanları genişlənmiş əhali təbəqəsi xarici ölkələrdə əmlak əldə etməkdə maraqlı olurlar. Bu, həm də onların pullarının riskdən qorunması deməkdir. Eyni zamanda xaricə çıxarılmış vəsait yalnız əmlak formasında deyil. İl ərzində milyardlarla dollar həcmində alış-veriş də həyata keçirilir. Başqa bir amil odur ki, müəyyən səbələrlə bağlı get - gedə xaricdə əmlak alaraq orada yaşamaq tendensiyası genişlənir. Bu da insanların müxtəlif ölkələrdə əmlaka sahib olmaq maraqlarını artırır. Ancaq Azərbaycanda əhalinin imkanlı təbəqəsinin investisiyalarını xarici ölkələrdə əmlak almağa yönəltmələri daxili bazara təsirsiz ötüşmür. Daxildə tələbin aşağı düşməsinə gətirib çıxarır. Həmin vəsaitlər Azərbaycanda daşınmaz əmlakın alınmasına yönəldilsə, qiymətlərin kəskin şəkildə artmasına gətirib çıxara bilər".

Sizin Reklam Yeriniz