Əlaqə Arxiv
news Image
2015.02.02
15:38
| A A A
Səndəmi, Brut? ABŞ bunu gözləmirdi

ABŞ-ın neft emalı zavodlarında tətillər başlayıb


Londonun ICE birjasında brent markalı neftin barrelinin qiyməti 52 dollardan aşağı düşüb. Brent markalı neftin barrelinin mart ayında çatdırılacaq fyuçers müqaviləsi üzrə qiyməti Londonun ICE birjasında keçirilən hərracın gedişində 2,43 faiz ucuzlaşaraq 51,7 dollarda qərarlaşıb.


AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, neftin qiymətinin ucuzlaşması ABŞ-ın neft emalı sahəsində çalışan işçilərinin 1980-ci ildən bəri keçirilən ən iri tətilləri fonunda baş verir. Tətillərdə 9 iri neft emalı zavodunun 3,8 min əməkdaşı iştirak edir.


Fat Prophets treydinq kompaniyasının eksperti və analitiki Devid Lennoksun fikrincə, tətillərin genişlənməsi neftin qiymətinin bir qədər də ucuzlaşmasına gətirib çıxara bilər.


Qeyd edək ki, tətillərin başladığı neft emalı zavodları Kaliforniya, Texas, Kentukki və Vaşinqton ştatlarında yerləşən LyondellBasell, Marathon Oil, Shell və Tesoro kompaniyalarına məxsusdur. Ümumilikdə bu zavodların payına ABŞ-da emal olunan neftin 10 faizi düşür.


Yeni əmək müqavilələrini imzalamaqdan imtina edən tətilçilərin əsas tələblərindən biri əməkhaqqılarının qaldırılmasıdır. Yerli KİV-lərin məlumatına görə, yaxın zamanlarda əmək müqavilələri bağlanmasa, tətillərə bütün 63 neft emalı zavodunun işçiləri qoşula bilər.

Sizin Reklam Yeriniz