Əlaqə Arxiv
news Image
2015.02.03
09:45
| A A A
İxraca monetar dəstək verilir
Rəşad Həsənov: “Manatın yavaş-yavaş devalvasiya etdirilməsi istiqamətində addımların atılması artıq qaçılmazdır”

İxraca zəruri monetar dəstək veriləcək. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında qurumun sədri Elman Rüstəmov ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bankın bu xüsusda zəruri addımlar atmaqda davam edəcəyini bildirib. O da qeyd edilir ki, 2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə bağlı bildirir: "Artıq görünən odur ki, Azərbaycan hökuməti manatın məzənnəsinin yüksək səviyyədə qorunmasında maraqlı deyil. Çünki bu, ixraca əngəl yaradır. Mərkəzi Bank əgər 2015-ci ilin növbəti aylarında da manatı ucuzlaşdırmazsa, valyuta ehtiyatları azalacaq. Bu prizmadan yaşadıqda hökumətin atdığı addım doğru qiymətləndirilir. Çünki, manatın yavaş-yavaş devalvasiya etdirilməsi istiqamətində addımların atılması artıq qaçılmazdır. Bu gündən başlayaraq məsələni gündəmdə saxlamaq və bu istiqamətdə ciddi addımlar atılması davam etdirilməlidir. Hökumətin ixracı stimullaşdırmaq kimi addım atması və ya manatın devalvasiya etdirilməsi Azərbaycanın ixracanın qısa müddətdə kəskin genişlənməsinə səbəb olacağını bəyan etmək də düzgün olmazdı. Ümumiyyətlə, iqtisadi baxımdan qiymətləndirmə apardıqda manatın yüksək məzənnəsi Azərbaycanda ixracı əngilləyən amillərdən hesab edilir. Mərkəzi Bankın bu açıqlaması da qarşıdakı dövrdə hökumətin manatın məzənnəsini yumşaldılması istiqamətində işlər görəcəyinə mesajdır".

Ekspert qeyd edir ki, Mərkəzi Bankın hansı istiqamətdə işlər aparacağını dəqiq demək çətindir: "Lakin burada söhbət daha çox avro və manatın təxminən bərabərləşdirilməsindən söhbət gedir. İndiki halda bu, o deməkdir ki, Azərbaycan manatı 11% devalvasiya etdirilməliidr. Lakin onu da nəzərə alsaq ki, mart ayından sonra Avropa Mərkəzi Bankı təxminən bir il yarım müddətində 1.1 trilyon əlavə avorunun dövriyyə buraxılması yəni, avrobondların alınması istiqamətində qərar verib. Yəni, bundan sonrakı dövrdə avronun məzənnəsi daha da aşağı düşməsi mümkündür. Belə olan təqdirdə Mərkəzi Bank məzənnələrin uyğunlaşdırılması istiqamətində işlərini davam etdirərsə, ola bilsin ki, qarşıdakı il ərzində manatın devalvasiyası 15% -ə qədər yüksəlsin".

Sizin Reklam Yeriniz