Əlaqə Arxiv
news Image
2015.02.03
14:55
| A A A
SOCAR Gürcüstanda qazın qiymətini artırdı
SOCAR Georgia şirkəti martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq.

Mövqe.Az AzərTAc-a istinadən bildirir ki, bu barədə SOCAR Georgia özü məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub.

Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər.

Mövqe.Az
Sizin Reklam Yeriniz