Əlaqə Arxiv
news Image
2015.02.04
08:04
| A A A
Azərbaycanın ev bazarına xaricdən maliyyə axını…
Bunun üçün ölkəmizdə ev almaq istəyən əcnəbilərə müxtəlif güzəştlərin tətbiqi zəruri sayılır

Daşınmaz əmlak bazarında son vəziyyətin təhlili Azərbaycanda az sayda olsa da əcnəbilərin ev digər obyektlər aldığıın göstərir. Bu fonad təkliflər səslənir ki, əslində, mənzil bazarına daah çox əcnəbinin gəlişini təmin etmək üçün stimullaşdırıcı addımlardan istifadə etmək məqbuldur. Çünki belə vəziyyət daşınmaz əmlak bazarına daha çox xarici sərmayə yatrılması ilə müşahidə oluna bilər. Ötən ilin statistikası hələ tam dəqiq bəlli olmasa da, məlumata görə, 2013-cü ildə xarici ölkə vətəndaşları Azərbayanda 1854 əmlak alıblar. Bu 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5% çoxdur. Ötən il üçün isə bu rəqəm ən yaxşı halda 2000 əmlak ola bilər. Ekspertlər isə bunu elə yüksək rəqəm saymır. Xaricilrin daşınmaz əmlak bazarına axınını sürətləndirmək üçün əcnəbilərin, elə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması zəruri sayılır.

Türkiyənin mənzil bazarı xaricilərin, o cümlədən azərbaycanlıların maraq dairəsindədir. Qeyd edək ki, Türkiyədə xarici vətəndaşların daşınmaz əmlaka sahıb olması ilə bağlı qanunun yüngülləşdirilməsi bu ölkədə torpaq və ev alan digər əcnəbilər kimi azərbaycanlıların da sayının artmasına səbəb olub.Hazırda Türkiyədə mülk sahibi olan xarici vətəndaşlar arasında birinciliyi ərəblər tutur. Daha sonra Almaniya, İngiltərə və Rusiya vətəndaşları gəlir. Həmvətənlərimiz isə bu sıralamada 5-ci yerdədir. Ötən ilin rəqəmlərinə görə, Türkiyədə minə qədər Azərbaycan vətəndaşı ev alıb. Azərbaycanlılar daha çox İstanbulda və Antalya, Bodrum kimi turist şəhərlərində mənzillərə üstünlük vermələri ilə diqqət çəkir. İnşaat şirkətlərindən birinin satış direktoru İrfan İlək bu xüsusda bildirir: "Son üç ildə Türkiyəyə Azərbaycandan investorların axını başlayıb. Azərbaycanlılar Türkiyə iqtisadiyyatının mövcud durumunu gördükləri üçün bura axın edirlər. Amma onların sayı Küveytdən, Qətərdən və Dubaydan gələnlər qədər deyil, yeni-yeni başlayıblar. Gələcək illərdə azərbaycanlıların Türkiyə iqtisadiyyatına investisiya qoyacaqlarSon üç il ərzində həmyerlilərimizin bəziləri Türkiyədə yaşamaq məqsədilə bəziləri xaricdə yatırımlarının olması üçün, digər bir qismi isə ipoteka şərtlərinin daha asan olması səbəbindən bu ölkədə ev alırlar.Türkiyədə yeni qanuna əsasən, burada istənilən əcnəbi bir vətəndaşın öz şəxsi evi ola bilər. Məhz əcnəbilər bu qanundan yararlanaraq özlərinə buradan ev digər daşınmaz əmlak alır. Ümumiyyətlə, 2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşıb. Türkiyə Azərbaycan da daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir.Eyni zamanda ev alan əcnəbilər burda bir illik yaşama icazəsi qazanmış olur. Bütün bunlar isə Türkiyəni mülk sahibi olmaq istəyənlər üçün cəzbedici ölkəyə çevirir. Oxşar təcrübədən ölkəmizdə istifadəolunması buraya mənzil almaq üçün üz tutan xaricilərin sayını xeyli artıra bilər. Çünki Azərbaycan, xüsusən paytaxt Bakının şöhrəti artıq dünyada kifayət qədər yayılıb burada mənzil sahibi olmaq istəyənlərin sayı da az deyil. İndiyə qədər olan vəziyyətin təhlili göstərir ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı Bakıdır. Amma getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Yəni, əcnəbilərə məxsus əmlakların arasında regionların payı artmaqdadır.Ölkəmizdə xaricilərin üstünlük verdiyi əmlak təbii ki, mənzillərdir. Əcnəbilərə məxsus olan əmlakların əsas hissəsi mənzillərdir. Xaricilərin maraq göstərdiyi əmlak növləri arasında ikinci yeri fərdi yaşayış evləri tutur. . Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi şimal zonasında alıblar. Bundan əlavə, əcnəbilərə məxsus olan torpaq sahələri var. Stimullaşdırıcı addımlarla ölkəmizdə daşınmaz əmlak alan xaricilərin sayını daha da artırmaq mümkündür. Bu, mənzil bazarında aktivliyi xeyli artıra bilər. Ölkəmizdə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. İstər ilkin, istərsə də təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında hələ də azalma qeydə alınmaqdadır. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artır. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, belə güzəştlərin ölkəmizdə tətbiqi zəruridir.

Sizin Reklam Yeriniz