Əlaqə Arxiv
news Image
2015.02.05
08:35
| A A A
Orta Asiya üçün yeni əsas enerji dəhlizi Azərbaycandan keçir
Zəfər Vəliyev: “Artıq 2018-2019-cu illərdən Türkmənistan Avropanın enerji təminatında yaxından iştirak edəcək”

Rusiya Orta Asiya ölkələrinin qazını almaqdan imtina edir. "Qazprom" şirkəti 2015-ci ildə Türkmənistan və Özbəkistandan alacağı qazı əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. "Qazprom" şirkətinin nümayəndəsi Aleksandr Medvedyev azaldılacaq qazı "Qazprom"un öz ehtiyatları ilə əvəz etmək niyyətində olduğunu bildirib: "Türkmənistandan bu il qaz alışını 4 milyard kubmetrə endirmişik. Bu bizim ümumi qərarımızdır. Özbəkistandan isə cəmi 1 milyard kubmetr qaz alacağıq. Yəni təxminən 4 dəfə az".

Bu addım ona dəlalət edir ki, Aşqabadla, Daşkənd artıq şimala axmayan həmin miqdarda qazı satmaq üçün başqa bazarlara üz tutacaq. Bu bazarlardan yaxını in olsa da, Rusiya bu ölkəyə daha çox qaz satmaq üçün müqavilə imzalayıb. Buşəraitdə Orta Asiya ölkələrini maraqlandıran əsas bazar qismində Avropa çıxış edir. Azərbaycan vasitəsilə Avropa qazının Avropaya satılması mümkün sayılır.

Ekspert Zəfər Vəliyev yaranmış vəziyyətdə Türkmənistan tərəfdən bu istiqamətdə marağın artacağına əmindir: "Rusiyanın "Qazprom" şirkəti anoloji bəyanatı keçən ilin ortalarında da verib. Bu zaman bildiriblər ki, 2015-ci ildə Türkmənistanla Özbəkistandan idxal etdikləri qazın həcmini azaltmaq niyyətindədirlər. "Qazprom" şirkəti son 3-4 ildə Türkmənistandan illik 10 milyard kubmetr qaz idxal edirdi. Eymi zamanda müəyyən qədər Özbəkistandan da qaz idxal edib. Bu da Rusiyanın şimal regionlarının qaza olan tələbatının ödənilməsi üçün nəzərdə tutulub. "Qazprom"un Türkmənistanla bağladığı qaz alqı-satqısına dair müqavilədə 2015-ci ildə 4 milyard kubmetr qaz alınnması nəzərdə tutulur. Özbəkstandan isə 4.5 milyard kubmetr qaz əvəzine 1 milyard kubmetr qaz alınması nəzərə alınıb. Belədə Türkmənistanın artıq həcmdə qazı qalacaq. Türkmənistanın "Transxəzər" layihəsinə qoşulması ilə bağlı da artıq müəyyən addımlar atılıb. Amma bilirsiniz ki, Türkmənistan hazırda Orta Asiya-Mərkəz qaz kəməri ilə Rusiyaya və iki kəmər vasitəsilə İrana qaz ixrac edir. Həmçinin məhdud miqdarda qaz Qazaxıstana da verilir. Ölkənin ixracata yönəltdiyi qaz əsasən Çin bazarına daxil olur. Çünki, Türkmənistanın əsas satış bazarı Çin bazarıdır. Keçən il Çinin qaza olan tələbatı 200 milyard kubmetr civarında idi. 2020-ci ildə isə bu tələbat 400 milyard kubmetrə çatacaq. Yəni, Çin də daxil Asiya bazarı qaz ixrac edən ölkələr üçün olduqca cəlbedicidir. Çinə Rusiya da qaz ixrac etmək məsələsini gündəmə gətirib. Keçən il bununla bağlı dövlətlərarası müqavilə imzalanıb. Türkmənistanın Çin, İran və Rusiya bazarları ilə qaz satışını məhdudlaşdırması Aşqabadın öz maraqlarına ziddir. Hər üç ölkəyə qaz ixracında böyük tariflərdən söhbət gedə bilməz. Türkmənistanın neft-qaz bazarında Çinin enerji şirkətlərinin payı olduqca yüksəkdir. Aşqabadla Pekin arasında qaz alqı-satqısına dair bağlanan müqavilələrdə bir çox hallarda qiymət dünya bazarındakı qiymətlə nizamlanmır. Türkmənistan Çindən neft-qaz sənayesində zəruru texnologiyaları idxal edir, əvəzində ona qaz verir. Ona görə Aşqabadın şaxələnmiş kəmərlərə üstünlük verməsi olduqca vacibdir. Burada bir neçə layihə var ki, biri də "Transxəzər" layihəsidir. Həmçinin, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri də var. Hər iki kəmərlə bağlı ortalıqda ciddi addım yoxdur. Əfqanıstan və Pakistanda siyasi vəziyyətin qeyri-sabit olması səbəbindən TAPİ olduqca risqli kəmərdir. Kəmərin çəkiliş xətti "Taliban"ın nəzarət etdiyi bölgələrdən keçir.

İran da bəyan edib ki, yaxın gələcəkdə Türkmənistandan qaz idxalını dayandırmaq fikrindədir. Belə olan təqdirdə Türkmənistanın hasil etdiyi qazın real satış bazarı ancaq Avropadır. Çünki, Avropadakı tariflərlə, Asiyadakı tariflər arasında müəyyən fərqlər var. Bu səbəbdən də Türkmənistanın "Transxəzər"ə qoşulması olduqca vacibdir. 2018-2019-cu illərdə Avropanın enerji bazarında ciddi dəyişikliklər olacaq. Bunu da Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TAP, TANAP layihələrinin istismara verilməsi ilə əsaslandırmışdım. "Cənub qaz dəhlizi"nin gerçəkləşməsindən sonra Avropa qaz ixrac kəmərlərinin konfiqurasiyasında ciddi dəyişikliklər olacaq. Həm də bəyan etmişdim ki, 2019-cu ildən sonra Türkmənistan qazının Avropa bazarlarında satışının şahidi olacağıq. Artıq bu reallığa çevrilir. Bir müddət öncə Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü oldu. Burada da türkmən qazının Avropaya ixracı məsələsi müzakirə olundu. İndiyə kimi belə açıq müzakirə olmamışdı. Türkmənistanın bu istiqamətdə fəaliyyəti indiyə kimi bəyanatdan o tərəfə getmirdi. Yəni ciddi siyasi qərarlar verilmirdi. Üç nazirin görüşündən sonra isə adı çəkilən layihənin gerçəkləşməsi istiqamətində ilkin addımlar atılır. Rusiya və ardınca İran Türkmənistandan qaz alışını dayandırırsa, deməli ortalıqda kifayət qədər sərf edilməyən qaz qalacaq. Bu həcmin böyük hissəsi də Çinə satıla bilər. Amma bu Türkmənistanın dövlət və milli marağına, kəmər diplomatiyasına ziddir. Çünki, neft və qazla zəngin ölkələr həmişə ixrac kəmərlərinin şaxələnməsinə üstünlük verir. Bu da satılan qazın tariflərinin fərqli olması və bazarların əldə edilməsi ilə bağlıdır. Türkmənistan bütün hasilatı Çinə yönləndirərsə, bu, Aşqabad üçün elə də yaxşı hal vəd etmir. Artıq bu ildən başlayaraq, Türkmənistanda qaz hasilatının artırılması ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilib. Onun fəlsəfəsi ondan ibarətdir ki, Türkmənistan qısa müddətdə qaz hasilatını 80 milyard kubmetrdən yuxarı qaldıracaq. Onun da 48 milyardı xarici iqtisadi fəaliyyətə yönəldiləcək. Bu fikirdən çıxış edərək demək olar ki, Moskva ilə Tehranın tamamilə türkmən qazından imtina etməsi Aşqabadı "Transxəzər" layihəsinə qoşulmağa məcbur edəcək. Avropanın enerji təminatında iştirak Türkmənistanın həm enerji maraqlarına cavab verir, həm də bu ölkənin uzunmüddətli bazarlar əldə etməsinə imkan verəcək. Buradan belə qənaətə gəlmək olar ki, artıq 2018-2019-cu illərdə Türkmənistan Avropanın enerji təminatında yaxından iştirak edəcək. Hazırda Avropanın enerji təminatında iki qapı var, biri İspaniyadır, digəri isə Türkiyədir. "Cənub axını"nın reallaşmasından Rusiyanın imtina etməsindən sonra yaxın gələcəkdə 50 milyard kubmetrə qədər Rusiya qazı da Avropaya məhz Türkiyə üzərindən ixrac ediləcək".

Sizin Reklam Yeriniz