Əlaqə Arxiv
news Image
2015.02.07
09:25
| A A A
Dollar ajiotajının sonu çatır
ABŞ valyutasının yenidən sürətlə məzənnə itkisinə məruz qalması gözlənilir

Bank əmnatələrində xarici valyutanın miqdarının artması son dövrlərdə cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Əsas etibarı ilə ABŞ valyutası iəl yatrılan bank əmnatələrinin həcmində artım müşahidə edilir. Bəzi ekspertlər bunu dolların məzənənsinin yüksələcəyi, ABŞ valyutasına tələbin arta biləcəyi ilə izah edirlər. Lakin maliyyə sektorunda ötən dövrün təhlili göstərir ki, dolların kursu bundan sonra da Azərbaycanda sabit qalacaq. Çünki Mərkəzi Bankın valyuta ehtiyatları bundan sonra da uzun müddətə dolların kursunun sabit saxlanmasına imkan verir. Digər tərəfdən son dövrlərdə dünya bazarlarında neftin qiyməti sürətlə qalxır. Bu isə Azərbaycana qarşıdakı müddət ərzində neft satışından daha böyük həcmdə dollar vəsaitinin daxil olacağı deməkdir. Bu şəraitdə dolların daha da ucuzlaşmasının qarşısını almaq üçün Mərkəzi Bankın yenidən bazarda strelizasiya əməliyyatı aparması tamamilə gözləniləndir. Deməli, dolların bundan sonra Azərbaycanda bahalaşmasından da söhbət gedə bilməz.

Bütün bunlar o deməkdir ki, əmanətlərin manatdan və ya digər valyutadan dollara çevirənlər tələskənliyə yol veriblər. Xatırladaq ki, ötən ilin dekabr ayında banklarda xarici valyutada əhalinin əmanətləri artıb.Məlumata görə, 31 dekabr 2014-cü il tarixinə banklardakı 7 milyard 188,4 milyon manat əmanətin 4 milyard 422,4 milyon manatı milli valyutada, 2 milyard 766 milyon manatı xarici valyutada yerləşdirilib. Diqqəti çəkən dekabrda xarici valyutada yerləşdirilən əmanətlərin 161,7 milyon manat artmasıdır. Əgər 2014-cü ilin 9 ayı ərzində xarici valyutada olan əmanətlər cəmi 30,5 milyon manat artmışdısa, oktyabr-dekabr ayları ərzində artım 228 milyon manat olub. Ötən ilin dekabr ayında manatda olan əmanətlər isə 59,7 milyon manat azalıb. Ötən ilin son 3 ayında isə manatda olan əmanətər cəmi 1,3 milyon manat artıb.

Ekspertlər xarici valyutada, əsasən də dollarda əmanətlərin artmasını Rusiya amili və manatın devalvasiya gözləntiləri ilə əlaqələndirirlər. Qeyd edək ki, dünyanın demək olar ki, bütün əsas valyutaları zəiflədiyi halda dollar dəyər qazanır. Lakin Azərbaycanda proses tamam fərqli məcrada inkişaf edir. Düzdür, bəzi əmnatətçilər vəsaitlərini dollara çeviriblər. Ümumiyyətlə, valyuta bazarına qeyri-müəyyənlik əhalini əmanətin müddəti məsələsinə daha diqqətli yanaşmağa sövq edib. Məsələ ondadır ki, dünya valyuta bazarında və birjalarda cərəyan edən proseslər səbəbindən valyutaların məzənnəsini proqnozlaşdırmaqda çətinlik çəkən əhali banklara uzunmüddətliəmanət yatırmağa tələsməyib. Məhz bu səbəbdən əhali əmanətlərini qısa müddətə yatırmaqda maraqlı olub. Burada da dolların payı artıb. Lakin yuxarıda qeyd olunduğu kimi ölkəmizdə dolların məzənnəsinin qalxması gözlənilmir, əksinə, onun kursunun mərkəzi bankın müdaxiləsi olmayajağı təqdirdə daha da azalması gözlənilir.

Digər tərəfdən ABŞ özü də dolların kursunun aşağı düşməsində əsas maraqlı təərflərdən biri kimi çıxış etməkdədir. Çünki güclənən dollar ABŞ iqtisadiyyatına mənfi təsir edir və ixracı azaldır. B ugünlərdə açıqlanan məlumata görə, ABŞ-ın ticarət kəsiri ötən ilin dekabrında son 2 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu vəziyyətə avtomobil idxalında artım və ixracın azalması səbəb olub.Amerikalılar daha az ixrac etdikləri halda, idxal artıb. Bu vəziyyətin səbəblərindən biri də dolların bahalaşmasının Amerika mallarını və xidmətlərini qlobal bazarda daha az rəqabətədavamlı hala gətirməsi olub.

ABŞ-ın Ticarət Nazirliyindən verilən açıqlamaya görə, kəsir dekabrda 46.6 milyard dollara çıxıb və bu, 2012-ci ilin noyabr ayından indiyədək ən yüksək səviyyədir. İqtisadçılar kəsirin 38 milyard dollar olacağını proqnozlaşdırırdılar. Lakin güclənən dollar vəziyyəti dəyişib. Belə vəziyyətdə ABŞ dolların kursunun aşağı salınmasını priortet məqamlardan biri kimi seçib. Bütün bunlar dolların kursunun dünya maliyyə bazarlarında, o jümlədən Azərbaycanda azalacağını göstərir. Beləliklə, Azərbaycanda dollar ətrafında hansısa kəskin vəziyyətin yaranması da mümkünsüz sayılır. Həmçinin, belə vəziyyətdə manat və ya digər valyutada olan bank əmanətlərinin dollarla əvəzlənməsinə heç bir ehtiyac yoxdur.

Sizin Reklam Yeriniz