Əlaqə Arxiv
news Image
2015.02.10
09:15
| A A A
Avropanın enerji resursları idxal edə biləcəyi yeganə yeni mənbə Azərbaycandır
Vüqar Bayramov: “Azərbaycan qazının Avropaya çatdırılması Qərbin enerji təhlükəsizliyi baxımdan əhəmiyyətlidir”

Məlumat verildiyi kimi, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Şaxələndirmə strategiyaları" mövzusunda enerji təhlükəsizliyi "dəyirmi masa"sı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev buradakı çıxışı zamanı enerji təhlükəsizliyi məsələlələriən geniş şəkildə toxunub. Dövlət başçısı xatırladıb ki, bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir: "İndi isə növbə təbii qaza çatıb. Böyük "Şahdəniz" yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir". TANAP qaz boru kəməri haqqında saziş imzalanmasıın qeyd edən Prezident bildirib ki, bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış olub. Onun sözləriən görə, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir: "Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur… Bizim təşəbbüsümüzlə bu il fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının birinci iclası keçiriləcək. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır".

Belə çevikliyin yoxluğu isə Avropanın özünə ziyan vurur. İqtisadi və Sosial İnkişaf mərkəzinin sədri Vüqar Bayramov "Mövqe"yə bununla bağlı bildirib:: "Azərbaycan qazının Avropaya çatdırılması Qərbin enerji təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Praktiki olaraq Avropa Azərbaycan mavi qazını idxal etməklə özünün enerji təhlükəsizliyini müəyyən qədər bərpa etməyə çalışır. Amma çox təəssüf ki, son proseslər, o cümlədən Yunanıstanda keçirilən seçkilərdən sonra TAP kəmərinin inşası ilə bağlı müyyən çətinliklər müşahidə edilməkdədir. TAP kəməri TANAP layihəsinin davamıdır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda Avropanın sözügedən layihələrə maliyyə yardımı göstərməsinə ehtiyac var. Bu, olduqca vacibdir. Eyni zamanda tranzit xərclərinin şişirdilməsi ilə bağlı bir sıra ölkələr, o cümlədən Yunanıstanın son addımları birmənalı olaraq başadüşülən deyil. Əslində, Azərbaycan öz mavi qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ona rəğmən, Yunanıstanın yeni hökuməti tranzit xərclərinin artırıla bilməsi ilə bağlı açıqlama verməsi Avropada enerji təhlükəsizliyi məsələsinə birmənalı yanaşmanın olmadığından xəbər verir. O baxımdan porseslər bu istiqamətdə inkişaf etdikcə, Azərbaycan qazının Avropaya çatdırılması məsələsi zaman baxımıdan yubana bilər. Birmənalı olaraq bundan itirən isə Avropa Birliyi olacaq. Çünki, Azərbaycan üçün bazarlar var. Ən azından TANAP layihəsindən sonra Türkiyə böyük bazardır. Azərbaycan Bakı-Tiflis-Supsa kəmərindən istifadə edir. Rusiyaya mavi qaz nəqlini artırmaq imkanlarına malikik. Odur ki, indiki məqamda Azərbaycan üçün kəmərlərin inşası əhəmiyyətli olsa da belə, onu nəzərə almaq lazımdır ki, praktiki olaraq mövcud kəmərlər növbəti 5 ildə Azərbaycan mavi qazının xarici bazarlara çıxarılmasına imkan verəcək. O baxımdan Avropa tələsməlidir. "Cənub Qaz Dəhlizi"nin reallaşmasının daha da tezləşməsinə çalışmalıdır. Bu, Avropa üçün enerji təhlükəsizliyi və Rusiyanın mavi qaz asılılığından azalması baxımından olduqca vacibdir. Amma AB bir neçə dövlətdən ibarət olduğu üçün bəzən bu tip məsələlərə yanaşması birmənalı olmur. Belə fərqli yanaşmalardan isə itirən tərəf yalnız Avropa Birliyidir".

Ekspert əlavə etdi ki, Avropanın mavi qaza olan tələbatı yüksəkdir: "O bazarlarda hazırda Rusiyanın müəyyən dominantlığı var. Azərbaycan birinci mərhələdə TAP layihəsinə 10 milyard, sonra isə 20 milyard kubmetr qazı Avropaya nəql edəcək. Gələcəkdə bu rəqəm 30 milyard kubmetrə qədər yüksələ bilər. Kəmər imkan verəcək ki, gələcəkdə Türkmənistan və İraq mavi qazının da Avropa bazarlarına çıxarılmasına nail olmaq mümkün olsun. Hətta 30 milyard kubmetr mavi qazın nəql edilməsi o deməkdir ki, Avropanın ümumi mavi qaza olan tələbatının təxminən 8%-i Azərbaycan tərəfindən ödənilə biləcək. Ona görə də əhəmiyyətli məqamlardan biri Azərbaycan mavi qazının AB-nin daha çox asılı olduğu bölgələrə çıxmasıdır".

Sizin Reklam Yeriniz