Əlaqə Arxiv
news Image
2015.02.12
17:55
| A A A
Kaxa Kaladzedən Bakıya VƏD

Kaxa Kaladze: "Gürcüstan "Cənub Qaz Dəhlizi" ilə bağlı istənilən problemi həll edəcək"

Bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında, əsasən, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi müzakirə olunub.Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.


Nazir qeyd edib: "Eləcə də TANAP və TAP layihələri müzakirə olundu. Ümumilikdə, biz "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi zamanı yarana biləcək problemlərdən danışdıq. Öz növbəsində, Gürcüstan vəd etdi ki, ölkə ərazisində layihənin reallaşdırılması zamanı yaranacaq istənilən məsələni həll etməyə hazırdır".

Sizin Reklam Yeriniz