Əlaqə Arxiv
news Image
2012.08.03
12:50
| A A A
Draqi bazarları stabilləşdirə bilmədi

Avropa Mərkəz Bankı (AMB) rəhbəri Mario Draqi, bəzi avrozona ölkələrin xəzinə təhvillərində yüksək faiz tələb edilməsinin qəbul edilməz olduğunu söyləyib.

Draqi dünən təşkilatın Frankfurtda keçirilən aylıq yığıncağından sonra, təhvil alınma prosesinin sərmayəçilər narahatlıqlarını aradan qaldıracaq şəkildə olacağını eşitdirib

"Avrodan geri dönmək olmaz" deyən Draqinin şərhi bazarları stabilləşdirə bilməyib: "İdarəetmə Şurası, pul siyasəti istiqamətində lazımlı olanları etmək üçün qeyri-standart tədbirlərə də əl atacaq. Növbəti həftələr üçün bu cür siyasətin tətbiq olunması üçün uyğun üsullar hazırlayacağıq."

İtaliya və İspaniyanı sevindirəcək bu xəbərə isə Almaniya etiraz edib. Almaniya Mərkəz Bankı olan Bundesbank, AMB vasitəsiylə təhvili alışının problemli olduğunu iddia edib.

AMB rəhbəri keçən həftə avronu qorumaq üçün nə lazımdırsa ediləcəyi sözünü vermişdi.

Sizin Reklam Yeriniz