Əlaqə Arxiv
news Image
2015.02.17
14:30
| A A A
Ekspert: "Neftin ucuzlaşıb dolların bahalaşması Azərbaycana ikiqat zərbə vurur"

Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnə siyasətindəki son dəyişiklik ölkənin ixracının əsasını təşkil edən neftin ABŞ dolları ilə satılması ilə bağlıdır.

Dünya bazarında neftin ucuzlaşması və bununla yanaşı dolların digər valyutalara qarşı bahalaşması Azərbaycan kimi neft ixrac edən və milli valyutası ABŞ dollarından asılı olan ölkələrə ikiqat zərbə vurur.

Movqe.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "SaxoBank"ın valyuta strategiyaları şöbəsinin müdiri Con C.Hardi (John J. Hardy) bildirib.

C.Hardinin sözlərinə görə, ixrac gəlirlərinin qisa müddətdə 50%-dək düşdüyü bir durumda manatın möhkəmlənməsi mümkün hal deyil: "Maraqlıdır ki, Mərkəzi Bank manatın dollarla müqayisədə ucuzlaşmasını tənzimləmək əvəzində, ikivalyutalı səbət mexanizmi haqqında qərar qəbul edib. Fikrimcə, Mərkəzi Bank ikivalyutalı səbətdə yeni dərəcələri müəyyən edənədək, manatın dollara nisbətdə aşağı düşməsini tənzimləmək üçün tədbirlər görəcək. Çünki avronun dollara nisbətdə məzənnəsi sabitləşəcəyi halda, manatın sabitləşməsi də qanunauyğun şəkildə baş verəcək".

"Dollara bağlılıq ləğv ediləcəyi halda, manatın məzənnəsinin dollar və avroya qarşı ucuzlaşacağı şübhəsizdir. Əsas məsələ AMB-nin manatın məzənnəsini sabit saxlamaq üçün hansı miqdarda valyuta fondu vəsaitlərindən istifadə edəcəyidir. Əgər yerli investorlarda bu prosesin bir fayda verməyəcəyi haqda fikirlər formalaşarsa, o zaman onlar manat əvəzinə xarici valyutalara meyl edəcəklər ki, nəticədə daha da gərgin bir durum yarana bilər", - deyə xarici ekspert vurğulayıb.

C.Hardinin fikrincə, deflyasiya bütün dünyada əhəmiyyətli risk formalaşdıra bilir. Bu da ölkədə inflyasiya dərəcəsinin artırılması zamanı nəzərə alınır və zəifləməkdə olan yerli valyutada yaranmış devalvasiya prosesində inflyasiyanın artımına təsir göstərir. Bu cür tədbirlərin özəlliyi ondadır ki, daxili bazarda yerli aktivlərin həddən artıq olmasının qarşısı alınır.

"İnvestorlar öz aktivlərinin dəyərdən düşməsi kimi proseslərdən daim kənar olmaq istəyirlər. Bu səbəbdən də, Mərkəzi Bankın normadan artıq devalivasiyanı aradan qaldırmaq üçün nəzəri olaraq daha çox vəsait xərcləməsi lazımdır", - deyə şöbə müdiri qeyd edib.

"SaxoBank"ın rəsmisi əlavə edib ki, neftin qiymətinin əhəmiyyətli dərəcədə düşəcəyi və uzunmüddət bu vəziyyətdə qalacağı təqdirdə, AMB-nin nəzərdə tutduğundan daha genişmiqyaslı devalvasiya tələb olunacaq: "Nəticədə, daha təhlükəli bir vəziyyət yarana bilər".

Sizin Reklam Yeriniz