Əlaqə Arxiv
news Image
2015.02.18
12:30
| A A A
Azərbaycan neftinin qiymətində dəyişiklik olub

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 64,03 dollar/barel təşkil edib.


Movqe.az xəbər verir ki, 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən 0,5 dollar/barel azalıb.


"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.


ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 63,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.


Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 17-də 58,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,05 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 17-də 60,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,05 dollar/barel azdır.

Sizin Reklam Yeriniz