Əlaqə Arxiv
news Image
2015.02.19
09:20
| A A A
Rusiya Azərbaycandan daha çox məhsul almaq istəyir
Rəşad Həsənov: “Proses bu sürətlə davam edərsə, Azərbaycan mənşəli məhsullar Rusiya bazarlarına daha böyük həcmdə ixrac edilə bilər”

Şimal qonşumuz Azərbaycandan daha böyük miqdarda ərzaq məhsullarının idxalında maraqlı olduğunu dəfələrlə yüksək səviyyədə bəyan edib. Növbəti dəfə bu məsələyə toxunan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, Azərbaycanın çətin məqamda Rusiyanı ərzaq təminatında da dəstəkləyib. O bildirib ki, keçən il Azərbaycan sanksiyalarla bağlı olaraq yaramış qıtlığın aradan qaldırlması üçün Rusiyaya ərzaq ixracını 20 faiz artırıb:


"Biz uzunmüddətli, strateji maraqlara istiqamət götürmüşük. Hazırda Azərbaycan Rusiyaya 300 milyon dollarlıq ərzaq göndərir. Amma biz dəfələrlə çox məhsul qəbul etməyə hazırıq.


Azərbaycana Rusiyaya məhsul ixracını artırmaq üçün xüsusi dövlət proqramə lazımdır. Biz bunun üzərində işləyirik".

Bunun Azərbaycan nə vəd etməsinə gəlincə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, ötən ilin avqust, sentyabr aylarından fərqli olaraq Azərbaycandan Rusiyaya xüsusən ərzaq məhsullarının ixracında azalmalar baş verib: "Buna səbəb rublun sürətlə dəyərdən düşməsi oldu. Hazırda Azərbaycandan Rusiyaya müxtəlif məhsulların ixrac edilməsi istiqamətində müəyyən addımlar atılır. Bu ilin ilk ayında Rusiyada ərzaq məhsullarında 15.8% inflyasiya baş verib. Proses bu sürətlə davam edərsə, mart ayından sonra Azərbaycan mənşəli məhsullar o bazarlara daha böyük həcmdə ixrac edilə bilər. Əgər ixracı artırmaq məqsədi ilə Azərbaycanda da devalvasiya prosesi həyata keçirilərsə, bu, Azərbaycan mənşəli məhsulların bazarlarda rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq".

Ekspert əlavə etdi ki, Rusiyaya əsasən ərzaq və kimya sənayesinin müəyyən məhsulları ixrac olunur: "Həmçinin, son illərdə Azərbaycan Rusiya bazarlarına tikinti materialları, xüsusən sement ixrac etməyə başlayıb. Bunların ixracında artımın müşahid edilməsi çətindir. Çünki, orada baş verənlər Rusiyanın özündə daxili tələbatın azalmasına gətirib çıxarıb. Yəni, artıq Rusiya bazarları cəlbedici və böyük tələbata malik bazar deyil. Lakin bununla belə, mümkündür ki, iki ölkə arasında olan normal münasibətlər Azərbaycan mənşəli məhsulların Rusiya bazarlarına çıxarılmasına dövlət tərəfindən daha münasib şəraitin yaradılmasına gətirib çıxarsın. Gömrük rüsumları və ya standartlarla bağlı müəyyən qərarlar verilə bilər. Rusiyanın hazırda qida sənayesinə tətbiq etdiyi standartlar Azərbaycanla uyğun olmadığı üçün orada müəyyən administrativ əngəllər yaranır. İxracın artırılması üçün dövlət proqramı dedikdə bu kimi amillərin aradan qaldırılması nəzərdə tutula bilər. Belə addımlar atılarsa, azərbaycanlı sahibkarlar üçün Rusiyada fəaliyyət göstərməyə münbir şərait yaranacaq. Yaxud da mümkündür ki, Rusiya dövlət ərzaq ehtiyatının yaradılması ilə bağlı gördüyü tədbirlər nəticəsində dövlət səviyyəsində Azərbaycandan hansısa məhsulların idxal edilməsi istiqamətində işlər aparsın".

Sizin Reklam Yeriniz