Əlaqə Arxiv
news Image
2015.02.24
08:34
| A A A
Manatın yenidən məzənnə yüksəlişi başlayır
Valyuta bazarında baş verən proseslər Azərbaycanın ixrac imkanlarının artmasına da əlavə təkan verəcək

Manata nisbətdə dollar və avronun kəskin şəkildə bahalaşması və bunun hansı nəticələrə gətirib çıxaracağı hələ də cəmiyyətdə geniş müzakirə olunan əsas məsələlər sırasında yer almaqdadır. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə fevralın 21-dən ABŞ dollarının məzənnəsi təqribən 34% artırılaraq 78 qəpikdən 1,05, avro isə 1,19 manata qaldırılıb. Lakin belə ucuzlaşmaya baxmayaraq, ekspertlər manatın mövqelərini qoruyub saxlayacağını, avro və dollara nisbətən tədricən yüksələcəyini bildirirlər. Əslində, bu proses bank və valyutadəyişmələrinin bir çoxunda müşahidə olunur. onlar əsasən dolların Mərkəzi Bank tərəfindən müəyyən olunan rəsmi məzənnədən də aşağı satışını reallaşdırır.

Manatın getdikcə daha sürətlə bahalşması da qaçılmaz sayılır. İqtisadçı ekspert Samir Əliyev bu xüsusda bildirir: "Dollar almağa tələsməzdim, manat müəyyən revanş götürə bilər". Azərbaycanın sabiq maliyyə naziri, Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da eyni mövqeni bölüşür. Onun sözlərinə görə, milli valyutanın məzənnəsinin bir möhkəm valyutaya bağlanması doğru deyil: "Hər bir valyuta müəyyən proseslərin təsiri altına düşə bilər, baxmayaraq ki, biz ona möhkəm valyuta deyirik. İstər ABŞ dolları olsun, istər avro... İndiyə qədər ABŞ-ın milli valyutası zəifləyirdi, dəyərdən düşürdü. Bu isə ABŞ Federal Rezerv Sisteminin apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Məqsəd məzənnə siyasəti ilə iqtisadi prosesləri tənzimləmək idi. ABŞ öz məqsədinə çatandan sonra, bu prosesi dayandırdı və hazırda bu ölkədə iqtisadi artım təmin olunub. Əks proses indi Avropada baş verir. Avropa Mərkəzi Bankı müvafiq qərar qəbul edərək, avronun məzənnəsinin yumşaldılmasına çalışır. Burada da məqsəd ABŞ-ın keçdiyi yolu təkrar etməkdir. Bu gün Avropa ölkələrinin iqtisadiyyatı yerində addımlayır. İqtisadiyyatı dirçəltmək üçün, bu, doğru addımdı. Bir sözlə, əvvəl dollar zəifləyirdi, sonra bu proses avro ilə baş verir. Belə olan halda, təbii ki, milli valyutamızın bir möhkəm valyutaya bağlanması düzgün deyil. Bir sözlə, bivalyuta səbətinə keçid doğru addımdır və Mərkəzi Bank bunu da etdi. Rusiya Mərkəzi Bankı neçə ildir ki, bu yolla gedir. İlk öncə onlar bivalyuta səbətində avronun xüsusi çəkisini 10%, dolların xüsusi çəkisini isə 90% səviyyəsində müəyyən etmişdilər. Bu gün isə həmin səbətdə dolların payı 55%, avronun payı 45% təşkil edir".

Avro və dolların bundan sonra zəifləməsinə gəlincə, ekspert bildirir: "Avronun durumu göz önündədir. Avropa Mərkəzi Bankı Avrozonanın rəsmi valyutasını yumşaltmaq istiqamətində müəyyən addımlar atmağa başlayıb və bu prosesin harada dayandırılacağı hələ heç kəsə bəlli deyil. Bank lazımi nəticələr əldə olunana qədər, tənzimləyici addımların davam edəcəyini bəyan edib. Belə olan halda kim avronun taleyinin necə olacağı ilə bağlı təminat verə bilər? Heç kim! ABŞ iqtisadiyyatı nə qədər böyük olsa da, onun xarici dövlət borcu onun ÜDM-dən çoxdur. Bu, çox ciddi məsələdir. Təsəvvür edin ki, ABŞ-ın bir neçə trilyon dollarlıq qısamüddətli xəzinə öhdəlikləri Yaponiya və Çinə məxsusdur. Kimsə təminat verə bilərmi ki, sabah Çin bu məbləğin 1 trilyon dollarını bazara çıxarmayacaq? ABŞ tərəfindən Çin hökumətinə yuaninin kursunun tənzimlənməsinə müdaxilə etməmək barədə olunan tələblərə Çinin yüksək rütbəli rəsmilərindən biri ötən illərdə təxminən belə bir bəyanatla cavab vermişdi: "Bizim daxili işlərimizə müdaxilə etməyin. Unutmayın ki, əlimizdə sizin 1 trilyon dollara yaxın xəzinə ohdəlikləriniz var və lazım bilsək biz onların hamısını bazara çıxara bilərik." Təsəvvür edirsinizmi ki, belə bir addım atılsa dolların məzənnəsi ilə nə baş verə bilər? Dünyada baş verən müəyyən siyasi kontekstlər fonunda dollara inam o qədər də böyük deyil".

Beləliklə, manat tədricən məzənə baxımından mövqelərini bərpa edəcək. Buna qədər isə Azərbaycanı ixrac etdiyi məhsulların həcmində dinamik artım olacağı gözlənilir. Bu artımın xüsusən qonşu Rusiya və Orta Asiya ölkələrinə, eləcə də Şərq dövlətlərinə yönəlik ixracda ortaya çıxması gözlənilir. Çünki ABŞ və Avropa bazarlarına onsuz da Azərbaycanın enerji resursları il əlaqədar böyük çıxıış var. Neft, neft məhsulları və qazdan əlavə Azərbaycanın ən çox ixrac etdiyi mallar meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar, şəkər, spirtli və spirtsiz içkilər, plastmas və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar və kimya sənayesi məhsullarıdır. Bu məhsulların MDB, Şərq dövlətləriən ixrac həcminin daha da çoxalması proqnozlaşdırılır. İq¬ti¬sad¬çı-ekspert Vü¬qar Bay¬ra¬mov da qeyd edir ki, ma¬na¬tın de¬val¬va¬si¬ya¬sı¬nın ix¬ra¬cı sti¬mul¬laş¬dı¬rı¬cı ki¬mi müs¬bət tə¬si¬ri ola¬caq: "Mər¬kə¬zi Bank kəs¬kin de¬val¬va¬si¬ya¬ya get¬di. Bu¬nun ix¬ra¬cı sti¬mul¬laş¬dır¬ma¬sı ki¬mi müs¬bət tə¬sir¬lə¬ri in¬kar".

Məlum devalvasiya siyasətindən sonra bəzi işbazların vəziyyətdən istifadə edərək qiymət artıım etmək cəhdlərinin qarşısı isə vaxtında alınır. Müvafiq dövlət qurumları prosesə ciddi nəzarət edir. Digər tərəfdən nəzəər almaq lazımdır ki, əksər məhsulları, o cümlədən ərzaq mallarını Azərbaycan özü istehsal edir. Yerli məhsulların qiymətinin artmasına isə heç bir əsas yoxdur. Yerli məhsulların istehsalını həyata keçirən şirkətlər də qiymət artımı üçün əsas olmadığıın bildirir. Məsələn, Azərbaycanın ən böyük qida məhsulları istehsalçısı "Azersun Holding" daxili resurslar hesabına istehsalı həyata keçirilən məhsullar üzrə qiymətlərdə artım olmayacağını bildirir. Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, hazırda holdinqdə yaradılmış komissiya mövcud vəziyyət ilə bağlı işə başlayıb: "Hal-hazırda "Azersun Holdinq"də maksimum şəkildə istehlakçıların qiymət bahalaşmasından qorunması istiqamətində müzakirələr aparılır. Çalışırıq ki, istehsalını daxili resurslar hesabına həyata keçirildiyimiz məhsullar üzrə qiymətlərdə kəskin artım etməyək. Rəsmi orqanlar ilə bu istiqamətdə əməkdşlıq mühitində işləyirik. Süni qiymət artımı ilə mübarizə aparmaq üçün "Bazarstore" da xüsusi rejimə keçib".

Onu da qeyd edək ki, dollar və avronun bahalaşmasından sadə vətəndaşlar hansısa narahatlıq duymur. İlk növbəəd ona görə ki, qiymətlər sabitdir və manatın məzənnəsinin tədricən artması fonunda qiymətlərin həğğa ucuzlaşması belə istisna edilmir. Digər tərəfdən əmanətlərin son günlərdə dollarlaşması ilə bağlı müşahidə olunan hallar da əhali üçün devalvasiyanın hansısa ciddi fəsad yaratmaması ilə nəticələnir. Vəsaitlərini xarici valyutada saxlayan böyük əksəriyyət hətta uduşlu vəziyyətdədir və mərkəzi Bank əmanətini manatdan dollara keçirmək istəyənlərə bundan sonar da lazımi şəraitin yaradıloması barədə müvafiq göstərişlər verib.

Ümumiyytlə, əhali devalvasiya prosesindən bundan sonar da hansısa formada zərər görməyəcək. Çünki hökumət müvafiq olaraq əvvəlcədən bu məqsədlə prventiv addımlar atıb.

Həmçinin, vətəndaşlar bir məqamı da dəqiq sezirlər ki, Azərbaycanda devalvasiya digər ölkələrdəki kimi ağır keçmir. Məsələn, qonşu Rusiyada devalvasiya prosesi kəskin bahalaşmaya və ərzaq qıtlığına səbəb oldu. Azərbaycanda isə bu kimi məqamlardan söhbət belə gedə bilməz. Yəni, ərzaq kifayət qədərdir və onun qiymətinin sabit qalması üçün müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır. Bu fonda manatın ucuzlaşması isə ölkənin ixrac etdiyi məhsulların həcminin artmasına da ciddi təsir edəcək. Bu vəziyyət öz növbəsində sahibkarlıq sektorunun inkişafını daha da stimullaşdıracaq. Beləliklə, ümumilikdə prosesdən əhali də qazanclı çıxan tərəf olacaq.

Sizin Reklam Yeriniz