Əlaqə Arxiv
news Image
2015.02.24
09:30
| A A A
Azərbaycan sement idxalını dayandırır
Ölkədə yerli istehsal həcmi bu sahədə Azərbaycanı ixracatçı dövlətə çevirir

Azərbaycanın iqtisadi inkişafında qarşıya qoyulan əsas məqsədlərdən biri də müxtəlif növ məhsullara olan tələbatın yerli istehsal hesabına təmin olunmasıdır. Bu istiqamətdə görülən işlər artıq öz müsbət nətijələrini verməkdədir. Belə ki, indi bir sıra məhsullara olan tələb məhz yerli istehsal hesabına ödənilməkdə, eyni həmin məmulat üzrə ixrac potensialı da yaranmaqdadır.

Tikinti sektoru üzrə də sonillərdə Azərbaycanda tələbin əsasən yerli istehsal hesabına ödənilməsi müşahidə olunmaqdadır. Bu fonda əvvəllər ölkəyə gətrilən bir sıra tikinti materillarının idxal həcmində əhəmiyyətli dərəcədə azalma qeydə alınır. Məsələn, tikintidə ən çox istifadə olunan məhsullardan biri kimi sementin idxalı əhəmiyyətli dərəcədə azalıb və tələbat əsasən yerli istehsal hesabına ödənilir. Bunun nəticəsidir ki, 2015-ci ilin yanvar ayında Azərbaycana sement idxalı kəskin azalıb. Qeyd edək ki, yanvarda ölkəmizə cəmi 1,739 milyon manatlıq sement idxal olunub. Bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 5,9 dəfə və ya 8,556 milyon dollarlıq azdır. Keçən ilin yanvarında 10,295 milyon dollarlıq sement idxal olunmuşdu. Əslində, sement idxalının azalacağı gözlənilirdi. Çünki, ölkəmizdə 3 yeni sement zavodu ("Norm", "Akkord" və "Naxçıvan Sement") istifadəyə verilib. Bundan əvvəl isə "Holcim" tərəfindən böyük həcmdə sement istehsalı həyata keçrilirdi. Son bir ildə istehsal olunan sementin həcmi 40 faiz artıb.

Xaırladaq ki, bu vaxta qədər Azərbaycan sementi əsasən Rusiyadan alırdı. Lakin indi Azərbaycan xaricə daha çox sement ixracına hazırlaşır.

Azərbaycan sementinin ən böyük bazarlar qismində Qazaxıstan, Belarus çıxış ed əbilər. Gürcüstan isə ölkəmizdən sement idxalını xeyli artırıb. Hazırda Azərbaycanda bu sahə üzrə istehsal gücləri 5,2 milyon ton təşkil edir. Bu həcm Azərbaycanın sementə olan tələbatını hazırkı durumda tam həcmdə ödəməyə qadir olmaqla yanaşı ixrac imkanları yaradır. Cənubi Qafqazın ən böyük sement zavodu olan "Norm" MMC-nin istifadəyə verilməsindən sonra ölkəmizin sement bazarında mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Xatırladaq ki, bu sement zavodu Prezident İlham Əliyev tərəfindən 2014-cü il iyulun 21-də açılıb və həmin vaxtdan çox səmərəli fəaliyyət göstərir. Ötən il zavod öz klinkerini istehsal etməyə başlayıb.

MMC-nin baş direktoru Həsən Yalçınqaya bildirib ki, . şirkətin hədəflərindən biri beynəlxalq bazara çıxmaqdır: "Biz bu il neft sənayesi üçün sement istehsalını inkişaf etdirəcəyik. Bu sement neft hasil edən ölkələrə, məsələn, Qazaxıstana və Rusiyaya asan ixrac edə biləcəyimiz məhsul növüdür. Bu məhsul istehsal olunan kimi onun ixracına başlayacağıq".

H.Yalçınqaya deyib ki, hazırda zavod sement istehsalı sahəsində ən müasir texnologiyalarla təchiz olunub: "Avadanlıqların əksəriyyəti Avropadan alınıb və bu, sement istehsalında istifadə olunan ən son texnologiyalardır. Gələcəkdə istehsal zamanı ayrılan istilikdən elektrik enerjisi istehsal edilməsinə sərmayə qoyacağıq. Lakin planlarımızı növbəti ildən həyata keçirəcəyik. Bu bizə ayrılan istilikdən tam şəkildə istifadə etməyə və zavodumuzun səmərəliliyini artırmağa imkan verəcək".

Bakının Qaradağ rayonunda tikilmiş "Norm Sement" zavodunun istehsal gücü sutkada 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir. Digər sement istehsalçılarının da məhsulu kifayət qədər yüksək keyfiyyətlidir və onlara böyük tələb var. Beləliklə, yaxıntezlikdə Azərbaycanın ixrac etdiyi məhsullar sırasında sement də öz xüsusi çəkisi ilə seçiləcək.

Sizin Reklam Yeriniz