Əlaqə Arxiv
news Image
2015.02.24
09:40
| A A A
Mənzil bazarında qiymətlər hələ də yüksəkdir
Rəşad Həsənov: “Bu gün kvadratmetri 4500 manat olan mənzillər mövcuddur”

Məlumdur ki, illər öncə ilə müqayisədə artıq Azərbaycan tikintidə istifadə edilən materailların böyük əksəriyyətini özü istehsal edir. Belə ki, ölkəmizdəki poladəritmə, sement, kərpic zavodları, daş karyerləri əsas materiallara görə xaricdən asılılığa əsaslı şəkildə son qoya bilib. Yerli məhsul istehsalı daha ucuz başa gəldiyindən bu, mənzillərin satışında da özüün göstərməli idi. Lakin tikililərdəki mənzillərin qiyməti söylənilənlərə adekvat deyil. Belə ki, xüsusən yeni binalardakı bahalı qiymətlərə baxdıqda burada hansısa əsaslı qyimət ucuzlaşması müşahidə olunmur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, mənzil bazarında qiymətlərin formalaşması bazarın diqtəsi ilə müəyyənləşir: "Azərbaycan tikinti bazarında rəqabətin azlığı bu gün qiymətlərin yüksək olmasının müəyyən səbəbidir. Eyni zamanda daşınmaz əmlak bazarında Azərbaycan istehlakçısı "şişmiş qiymətin" istifadəçisidir. Bu halın aradan qaldırılması üçün ilk növbədə sektorda daha böyük rəqabət mühiti formalaşdırılmalıdır.

Qiymətlərin ucuzlaşması isə qarşıdakı müddətdə gözlənilir. Manatın devavalvasiyası fonunda valyuta ilə ifadədə daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşması müşahidə olunacaq. Digər tərəfdən bütün sektorlar kimi, tikinti sektoru da Azərbaycanda bahalı pul istifadəçisidir. Bildiyimiz kimi, hazırda tikinti sektoru ən böyük kredit istifadəçisidir. Azərbaycanda isə kredit faizləri çox yüksəkdir. Bunun özü bu gün qiymətlərin yüksək olmasına səbəbdir.

İstənilənhalda Azərbaycan üçün qeyri-neft sektorunun inkişaf etməsi vacibdir. Tikinti sektoru isə qeyri-neft sektorunun ən böyük sahələrindən biridir. Qeyri-neft sektorunun təxminən 20%-i bu sahədən formalaşıb".

Ekspertin sözlərinə görə, Azərbaycanda aparılan monitorinqlər onu göstərir ki, yeni binada 1 kvadratmetr sahə üçün xərclənən vəsait istifadə olunan tikinti materiallarının keyfiyyətindən və növündən asılı olaraq 220-400 manat arasında dəyişir: "Amma tikniti sahəsi digərlərindən fərqli olaraq bir dəfə gəlir götürür. Ona görə də burada əlavə 100 və ya daha çox mənfətin əldə edilməsi də nəzərdə tutulur. Ona görə də indiki vəziyyətdə vətəndaşlara təqdim edilməli qiymətlər 400-800 manat arasında olmalıdır. Bir nüans da odur ki, şəhərin mərkəzində aparılan tikintidə materaillardan başqa, tikinti üçün gərəkli olan yerin alınması böyük xərclər tələb edir. Bunlar da nəzərə alındıqda paytaxtda ən bahalı qiymət kvadratmetri 1500 manatdan yuxarı olmamalıdır. Halbuki, bu gün kvadratmetri 4500 manat olan mənzillər mövcuddur".

Sizin Reklam Yeriniz