Əlaqə Arxiv
news Image
2015.02.25
08:34
| A A A
Avropada Azərbaycanın enerji liderliyi yüksək qiymətləndirilir
Zəfər Vəliyev: “Aşqabadın ən böyük uğuru Avropanın enerji təminatında Azərbaycanla birgə fəaliyyət göstərməsi ola bilər”

Avropaya qaz nəqlinin stabilliyini təmin edəcək tədbirlərin bir hissəsi olacaq təbii qazın idxalının diversifikasiyasını sürətləndirmək üçün Avropa Komissiyası 2015-ci ildə Azərbaycan və Türkmənistanla qazın nəqlinə dair danışıqlara başlamaq niyyətindədir. Bu barədə Almaniyanın "Der Spiegel" nəşri Avropa İttifaqının tşəbbüsü ilə yaradılacaq Avropa Enerji İttifaqının layihəsinə istinadən məlumat yayıb. "Avropa İttifaqı enerji resurslarının istehsalını və tranzitini həyata keçirən ölkələrlə strateji iqtisadi əməkdaşlıqlarını möhkəmləndirmək üçün bütün xarici siyasət alətlərindən istifadə edəcək",- deyə "Der Spiegel" yazır. Nəşrin məlumatına görə, bu cür ölkələr sırasına Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan, bir sıra Yaxın Şərq və Afrika ölkələri daxildir. Bundan başqa Norveç, ABŞ və Kanada ilə əməkdaşlığın aktivləşdirilməsi məsələləri də nəzərdə tutulub. Sənədə əsasən, Avropa İttifaqı 2015-ci ildə Azərbaycan və Türkmənistanla Anlaşma Memorandumu imzalamaq niyyətindədir. Bu sənəd Avropaya qaz nəqlinin stabilliyini təmin edəcək tədbirlərin bir hissəsi olacaq.

Məsələ ilə bağlı ekspert Zəfər Vəliyev bildirdi ki, keçən ilin dekabrın sonlarında Rusiya "Cənub axını" kəməri layihəsindən imtina etdikdən sonra Avropanın enerji təhlükəsizliyi ilə təmin olunmasında ciddi boşluqlar yarandı və müəyyən təhlükələrin olması gündənə gəldi: "Qazprom"la BOTAŞ arasında "Türk axını"nın inşası ilə bağlı qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandırdan sonra Brüsseldə Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Maroş Şevçoviçin rəhbərliyi ilə "Cənub axını"nın keçdiyi coğrafi ərazilərdəki dövlətlərin yanacaq energetika nazirlərinin toplantısı oldu. Burada gələcəkdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmini üçün və Avropanın qaz təminatının yaxşılaşdırılması istiqamətində bütün mümkün variantların hazırlanması istiqamətində işçi qrupu yarandı. Həmin qrupda ümumi rəy belə oldu ki, xüsusən şərqi və cənubi-şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək və onların ümumi Avropanın enerji məkanına inteqrasiyasını sürətləndirmək üçün həmin dövlərlər arasında yeni birləşdirici qaz kəmərlərin tikilməsi, həmin ölkələrdə sıxılmış qazın qəbulu üçün LNC terminalların yaradılması nəzərdə tutulsun. Burada bütün kompleks məsələlər müzakirə olundu və burada işçi qrupu yaradıldı. Onun da əsas hədəfi Avropa İttifaqına üzv ölkələrin vahid enerji ittifaqında birləşmə məsələsidir. 2015-ci ildə Avropa İttifaqının Azərbaycan və Türkmənistanla köhnə dünyanın qaz təchizatının yaxşılaşdırılmasına hesablanmış qarşılıqlı anlaşma memorandumun imzalanması da həmin sənədin tərkib hissəsidir. Fevralın 4-də Avropa İttifaqının vahid enerji məkanında birləşməsini şərtləndirən bir sənəd qəbul hazırlanıb. Layihə səviyyəsində olan bu sənədin fevralın 25-də imzalanması və qəbulu gözlənilir. Çox geniş sahəni özündə ehtiva edən bir sənəddir. Bu Avropa İttifaqının enerji siyasətini müəyyən edən strateji bir sənəddir. Sənədin əsas məzmunu Avropa İttifaqı ölkələrin enerji təhlükəsizliyini və gələcəkdə qaz təminatını yaxşılaşdırmaq və bu dövlətlərin vahid enerji məkanında inteqrasiyasını sürətləndirməyə xidmət edən sənəddir. Artıq 1 ildən çoxdur Avropanın şərq preferiyasındakı dövlətlər, Polşa, Slovakiya davamlı olaraq Avropanın davamlı enerji məkanında birləşmək məsələsini gündəmə gətirirlər. Layihə indi sənəd şəklində əksini tapıb. Layihə geniş sahəni əhatə edir. Bir sahədə enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, Ukrayna ərazisindəki qaz nəql sistemlərini, yeraltı qaz anbarlarını modernləşdirmək kimi məsələlərdən ibarətdir.

İkincisi, Rusiya ilə gələcəkdə əlverişli şəraitin yetişəcəyi təqdirdə bu ölkə ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa yenidən baxılması məsələsidir. Bu məsələnin də konturları həmin sənəddə əksini tapıb. O da Rusiyanın Avropa İttifaqı ilə əməkdaşlığıdır. Bərabər əsaslara, açıq bazar prinsiplərinə, təhlükəsizliyə, ətraf mühitin qorunmasına söykənən bir sənəddir. Azərbaycanın həyata keçirdiyi enerji layihələri Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçiriləcək layihə Avropanın enerji təhlükəsizliyinə hesablanmış bir addımdır. Bilirsiniz ki, Cənub Qaz Dəhlizinin gerçəkləşməsilə bağlı Azərbaycan Prezidenti Avropa İttifaqının sabiq rəhbəri Joze Mannuel Barroza ilə 2011-ci ildə qarşılıqlı memorandum da imzalayıb. Onun da nəticəsi olaraq 2020-ci ildə Avropaya Xəzər regionundan ilk qaz daxil olacaq. Bura Türkmənistanı da qoşmaq planları var. Avropa İttifaqının ayrıca Türkmənistanla bu istiqamətdə qarşılıqlı memorandumu var. Geosiyasi vəziyyət artıq elə səviyyəyə çatıb ki, Türkmənistan öz ixrac imkanlarını daha da şaxələndirmək istəyirsə, mütləq "Transxəzər" layihəsinə qoşulmalıdır. Bunu etməyəcəyi halda, Türkmənistan bir dövlət olaraq enerji əmnəkdaşlığı məsələsində Çindən asılı vəziyyətə düşəcək. Türkmənistanın ixrac kəmərləri nə qədər az şaxələnərsə, bir o qədər bu ölkə Çindən asılı olacaq. Bu yaxınlarda "Qazprom"da Türkmənistandan qaz alqı-satqısına dair müqaviləyə yenidən baxdı. Nəticədə Rusiya bu ölkədən qaz idxalını 11 milyarddan 4 milyard kubmetrə endirdi. Gələcəkdə isə, tamamilə imtina edə bilərlər. Anoloji addımı İran da atacaq. Çünki, "Cənubi Pars" yatağında iri miqyaslı hasilat işlərinə start verilib. Belə olan halda Aşqabadın ən böyük uğuru Avropanın enerji təminatında Azərbaycanla birgə fəaliyyət göstərməsi ola bilər. Xəzər dənizi qapalı su hövzəsidir. Hörmətli ekspertlərdən biri belə bir ideya səsləndirmişdi ki, "Transxəzər" layihəsi gerçəkləşməzsə, Azərbaycanla Türkmənistan sıxışmış qazla bağlı birgə layihə ortaya qoysun, Türkmənistan qazı Azərbaycan qaz sisteminə daxil olsun. Bu məsələ ilə bağlı çox layihələr ola bilər. Amma deyilən variantın dəyəri çox bahadır. Bu istiqamətdə terminallar tikilməlidir. Eyni zamanda sıxılmış qazı Türkmənistandan Azərbaycana daşıyan gəmilər olmalıdır. Bu da böyük maliyyə vəsaiti tələb edir. Ən real variant isə ondan ibarətdir ki, Türkmənistan Azərbaycanla Xəzərin hüquqi statusu məsələsini bir kənara qoyub qaz sahəsində ciddi əməkdaşlığa qoşulsun. Bu Türkmənistanın həm milli təhlükəsizliyinə, həm də dövlət maraqlarına tam olaraq xidmət edir. Çünki, bir neçə ildən sonra Aşqabad "Transxəzər" layihəsinə qoşulmasa onun ixrac imkanları məhdud olacaq. Bu ölkənin enerji bazarında Çin şirkətləri dominant rolunu oynayacaq. Ona görə də birtərəfli ixrac kəmərləri Türkmənistanın maraqlarına cavab vermir".

Sizin Reklam Yeriniz