Əlaqə Arxiv
news Image
2015.02.25
17:30
| A A A
Nazirlikdən bahalaşma açıqlaması
İstehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.  İqtisadiyyat və Sənaye Nazirliyindən Movqe.az-a bildiriblər ki, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.
Sizin Reklam Yeriniz