Əlaqə Arxiv
news Image
2015.02.26
18:15
| A A A
Nazirdən qiymət artımı ilə bağlı AÇIQLAMA

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb.


Movqe.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazir ölkəmizdə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verdi.


Nazir bildirdi ki, cari ildə respublikamıza təlabata müvafiq olaraq kifayət qədər gübrə gətirilib: "Biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik".


H.Əsədov şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz: "Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzətlə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək.


Şirkətlərin nümayəndələri və qurumların rəhbərləri respublikaya idxal olunan gübrələrin qiymətinin tənzimlənməsi üçün öz təklifləri ilə bölüşdülər və dövlətin bu sahədə apardığı siyasətə dəstək verəcəklərini bildirdilər".

Sizin Reklam Yeriniz