Əlaqə Arxiv
news Image
2015.02.28
09:37
| A A A
Avronun çöküşü qaçılmaz sayılır
Vüqar Bayramov: “Avro manata nisbətən də 2015-ci ildə 10%-ə yaxın dəyərini itirə bilər”

Dünya maliyyə bazarlarında diqqətlə izlənən məsələlərdən biri də avronun kursu ətrafında baş verənlərdir. Bu valyutanın məzənnəsinin gələn aydan etibarən sürətlə ucuzlaşması gözlənilir. Xatırladaq ki, bu ilin mart ayından gələn ilin sentyabr ayına qədər Avropa Mərkəzi Bankı dövriyyə hər ay 60 milyard avro buraxmağı planlaşdırır. Bu hal dünya maliyyə bazarlarında avronun kursunun kəskin aşağı düşməsilə müşayiət ediləcək. Qeyd edilən fonda Azərbaycanda da avorunun manat qarşısında dəyərinin necə olacağı xüsusi maraq doğurur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, 2015-ci ildə Avropa Mərkəzi Bankı tərəfindən emissiyanın həyata keçiriləcəyi gözlənilirdi: "Avropa Mərkəzi Bankı bunu əvvəlcədən elan etmişdi. Praktiki olaraq, Avropa Mərkəzi Bankı hələ də avronun məzənnəsinin aşağı səviyyədə qalmasında maraqlıdır. Səbəb də aydındır. Çünki, avronun məzənnəsinin aşağı olması Avropanın dirçəlməsi və ixrac qabilyyətinin artırılmasında olduqca vacib rol oynayır. Artıq Avropa Mərkəzi Bankının son açıqlamasına praktik olaraq valyuta bazarı reaksiya verib. Çünki, artıq 1 avro 1 dollar 12 sentə təklif olunur. Nəzərə alaq ki, qısa müddət öncə 1 avro almaq üçün 1 dollar 14 sent ödəməyə ehtiyac var idi. Artıq avronun məzənnəsindəki aşağı düşmələr hiss edilir. Güman olunur ki, əgər ABŞ dolların yumşaldılması ilə bağlı fəaliyyət həyata keçirməzsə, bu, Avropa Mərkəzi Bankının özünün də proqnozlaşdırdığı kimi, avronun məzənnəsini 2015-ci ildə təxminən 10% aşağı düşməsinə gətirib çıxardacaq. Avronun məzənnəsinin dollara nisbətən azalması avtomatik olaraq avronun manata olan məzənnəsinin azalmasına gətirib çıxarır. Dolların yumşaldılması üçün ABŞ Federal Rezerv Bankı tərəfindən uçot dərəcələrinə baxılması və dəyişidirilməsi ilə bağlı qərar qəbul edilmədiyi halda, avorunun məzənnə azalması davam edəcək. Bu da ona gətirib çıxaracaq ki, avronun manata nisbətən də məzənnəsində azalmalar olacaq. Avronun manata nisbətən məzənnəsindəki azalmalar məhz dollara nisəbətən azalması ilə eyni olacaq. Əgər Mərkəzi Bank proqnozlaşdırdığı kimi, avro 2015-ci ildə dollara nisbətən 10% dəyər itirəcəksə, o zaman bu, o deməkdir ki, avro manata nisbətən də 2015-ci ildə 10%-ə yaxın dəyərini itirə bilər".

Ekspert əlavə etdi ki, avronun Azərbaycanda məzənnəsini qorumaq üçün manartın dollara nisbətən məzənnəsi dəyişməlidir: "Yəni, Azərbaycanda manatın dollara nisbətən məzənnəsini indiki səviyyədə saxlayıb, avroya nisbətən möhkəmləndirmək mümkün deyil. Çünki, bunlar paralel gedir. Azərbaycan avronun dollara nisbətən məzənnəsinin dəyişməsi artıq manatın avroya nisbətən məzənnəsini müəyyənləşdirir. O baxımdan əgər Azərbaycanda manatın avroa nisbətən məzənnəsinin möhkəmləndirilməsi həyata keçiriləcəksə, artıq manat dollara nisbətən də möhkəmlənəcək. Bu baxımdan güman edilmir ki, Azərbaycanda avronun manata nisbətən məzənnəsinin möhkəmləndirilməsinə çalışılsın. Avronun möhkəmləndirilməsi Azərbaycan bazarında real olmayacaq. Çünki, bunun üçün manat dollara da nisbətən öz dəyərini itirməlidir. Yalnız o halda mümkündür ki, manat dollara nisbətən dəyər itirsin. Əgər manat dollara nisbətən dəyər itirəcəksə, avtomatik olaraq avroya nisbətən də öz dəyərini itirəcək".

Sizin Reklam Yeriniz