Əlaqə Arxiv
news Image
2015.02.28
10:32
| A A A
Dollarla verilən kreditlərin aylıq ödəniş məbləği azaldıla bilər
Natiq Cəfərli: “Banklar müddəti uzatmaqla ödənişləri müəyyən qədər yüngülləşdirməyə çalışırlar” Nərmin İbrahimova: “Həm vətəndaşların, həm də bankların zərər çəkməməsi üçün ortaq məxrəcə gəlmək lazımdır”

Kredit götürənlər ilə banklar arasında son günlərdə müzakirə olunan əsas məsələ xarici valyutalarla götürln kreditlərlə bağlıdır. Qeyd edək ki, dollar ilə banklardan kredit götürənlər borclarını manatın devalvasiyasına qədər olan məzənnə ilə qaytarmaq istəyirlər. Banklar isə bununun mümkün olmadığıın bildirir. Çıxış yolu kimi bel ətəkliflər səslənir ki, banklardan xarici valyuta ilə, o cümlədən dollarla kredit götürənlərin aylıq ödənişi azaldılsın, onlaar verilən müddət uzadılsın. Artıq banklardan biri – "Bank VTB Azərbaycan" öz müştəriləri üçün belə bir təkliflə çıxış edib. Bankda bildirirlər ki, məqsəd hazırki məzənnə ilə kredit ödəyənlərinin işini asanlaşdırmaqdır. Yəni, müştərinin bu günə dollarla olan borcuna dair yeni ödəniş qrafiki müəyyən olunur, kreditin müddəti uzadılır, bununla da dollarla ifadədə aylıq ödəniş məbləği azalmış olur.Yəni, aylıq ödəniş məbləği aşağı düşdüyündən, müştərinin üzərinə düşən aylıq yük azalır.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, bankların bu cür təkliflərlə çıxış etməsi təbiidir: "Onlar müddəti uzatmaqla ödənişləri müəyyən qədər yüngülləşdirməyə çalışırlar. Digər banklar da bunu edə bilər. Amma bu, məsələnin kökündən həllinə kömək etməyəcək. Belə kredit müqavilələrinə yenidən baxılmasına ehtiyac var. Konstitusiya Məhkəməsi qaydalarla bağlı şərh verməlidir. Bu, daha düzgün yol olardı. Konstitusiya Məhkəməsi yaranan öhdəliklərlə bağlı dəqiq şərh versə, həm bank sektorunun, həm də kredit götürmüş insanların müyyən yol xəritəsi olar. Əgər "yaranmış öhdəlik" sözü kredit ödəniş gününə aid edilsə, onda insanlar krediti yeni məzənnə ilə ödəməli olacaqlar. Bu zaman isə dövlətin və ya Mərkəzi Bankın müəyyən dəstək proqramına ehtiyac yaranacaq. Çünki, bir çox ölkələrdə də bunun şahidi olduq. Kəskin devalvasiyadan sonra bir çox ölkələrdə dövlət yardım proqramı qəbul etdi. Kredit ödəyənlərə müəyyən dəstək verildi. Məsələn, Rusiya Dövlət Dumasına oxşar qanun layihəsi daxil olub. Qazaxıstanda da buna bənzər qanun layihəsi müzakirə olunur. Yəni, Konstitusiya Məhkəməsinin dəqiq şərhindən sonra hökumət və Mərkəzi Bank birgə komissiya quraraq dollarla götürülən kreditlərin qaytarılması üçün optimal yardım proqramı qəbul etməlidir. Çünki, bəzi banklar var ki, onların kredit portfelində təqribən 50%-i xarici valyuta ilə olan kreditlərdir. Əgər indidən nəsə edilməsə, bu məsələ bankların özlərinə də, müştərilərinə də gələcəkdə ciddi problemlər yaradacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimova hesab edir ki, bu üsulun bütün kommersiya bankları tətbiq etməsi dorğu olmazdı: "Bunun kredit götürənlər üçün də mənfi tərəfi var. Kerdit müddətinin uzadılması insanların son ödənişinə heç bir təsiri olmayacaqsa, uduzan yenə də vətəndaşlardır. Yaxşı olardı ki, bu zaman Mərkəzi Bank müdaxilə etsin. Məzənnə fərqindən yaranan xərcin Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Lakin bu baş verməzsə, həm vətəndaşların, həm də bankların zərər çəkməməsi üçün ortaq məxrəcə gəlmək lazımdır. Yəni, orta məzənnə tətbiq edilməsi doğru olardı".

Xatırladaq ki, məsələyə "Fitch Ratings" qiymətləndirmə agentliyi də münasibət bildirib. Agentliyin press-relizində bildirir ki, özəl bankların çoxu xarici valyuta ilə kredit cəlb edib: "Hesab edirik ki, tənzimləyici (Mərkəzi Bank) Rusiyada olduğu kimi tələblərdə güzəşt edə bilər".

Sizin Reklam Yeriniz