Əlaqə Arxiv
news Image
2015.03.04
09:00
| A A A
Banklarda artıq heç kimin pulu batmayacaq
Qorunan əmanətlər ilə bağlı faiz dərəcəsinin yuxarı həddinin ləğv edilməsi nəzərdə tutulur

Məlumat verildiyi kimi, ötən aydan etibarən banklarda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb. Onu da xatırladaq ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

Ekspertlər isə hesab edir ki,atılan addım nəticəsində banklara əhali tərəfindən yerləşdirilən mənatələrin həcmində artım olacaq. Çünki əhali istənilən halda 12%-lə cəlb olunmuş əmnatələrinə artıq hansısa təhülkə olmadığıın bildirir. Lakin qorunan əmanətlərlə bağlı atılan addımlar təkcə bununla məhdudlaşmır. Belə ki, Əmanətlərin Sığortalanması Fondu bankların yüksək faizlə əmanət cəlb etməsini əngəlləyəcək yeni mexanizm üzərində işləyir. Fondun icraçı direktoru Azad Cavadov yeni tələbin detallarını açıqlayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv ediləcək: "Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur. Gələcəkdə qorunan əmanətlər ilə bağlı faiz dərəcəsinin yuxarı həddinin ləğv edilməsi nəzərdə tutulur. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaqdır. Sadəcə, Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər. 12 faizdən yuxarı faiz dərəcəsi ilə əmanət cəlb olunacaqsa bankdan 2% komissiya haqqı tutacağıq. Normalda, yəni 12 faizədək cəlb edilən əmanətlərə görə, banklar cəmi 0,5% sığorta haqqı ödəyirlər. Əgər qayda pozularsa, bu halda bankdan 2% tutulacaqdır. Və bank əlavə 1,5% sığorta haqqı ödəyə biləcəyindən yüksək faizlə əmanət cəlb etməkdə maraqlı olmayacaqdır". Azad Cavadov qeyd edib ki, faiz dərəcəsinin yuxarı həddi qaldırılması nəticəsində 2,4 milyard manatlıq qorunmayan əmanətlərin 2 milyardı sığortalanmış olub. Xatırladaq ki, indiyə qədər əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədilə yüksək faiz təklif edən banklarda pullarını yerləşdirirdilər. Bununla da onlar öz pullarını potensial riskə atırdılar. Lakin qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv edilməsi vəziyyəti dəyişəcək.

Bununla yanaşı, təkliflər səslənir ki, banklara daha çox əmanət cəlbi üçün qorunan əmnatələrin faizləri ilə yanaşı, miqdarını da artırmaq lazımdır. Yəni, Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi maksimum məbləğ də dəyişdirilməlidir. Çünki sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Bu gün əhalinin gəlirləri artdığı kimi sığortalanan əmanətlərin həcmi də artırılmalıdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Başqa Avropa ölkələrinin çoxunda sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. Azərbaycanda isə cəmi 30 min manat sığortalanır. Ona görə də həmin məbləğə yenidən baxaraq onun artırılmasına ehtiyac var. İndiki mərhələdə ekspertlərə görə, məbləğin azı 50 min manatadək artırılması vacibdir.

Bundan əlavə fikirlər səslənir ki, əmanətlərin sığortalanması əmanətlər üzrə tətbiq edilməlidir. Kommersiya bankında bir əmanətçinin bir neçə əmanəti varsa, bu, cəmlənir və həmin cəmin 30 min manatadək olan hissəsi sığortalanmış hesab olunur. Bu halda eyni banka bir neçə əmanət formasında əmanət yerləşdirməyin heç bir əhəmiyyəti yoxdur. Ekspertlər hesab edir ki, anətlərin sığortalanması əmanətlər üzrə tətbiq edilsə, onda bank müştərisinin daha çox əmanəti qorunar. Bu isə banklara yatrılan vəsaitlərin həcmini artıra bilər. İndiki halda isə hesab edilir ki, əmanəti 30 min manatdan çox olan vətəndaşların öz pullarını bir neçə bankda yerləşdirməsi daha məqsədəuyğundur. Məsələn, əgər vətəndaşın 80 min manat pulu varsa, o zaman həmin vəsaiti 30 min-30 min-20 min manat kimi bölərək 3 bankda yerləşdirə bilər ki, bununla da bütün pulun sığortalanmasına nail ola bilər. Lakin ən əsas məsələ odur ki, qorunan əmanətlərin məbləği artırılsın.

Sizin Reklam Yeriniz