Manatın məlum devalvasiyası zamanı a qarşıya qoyulan əsas məqsədlərdən biri də daxili istehsal və xidmətlərin həcminin genişləndirilməsinə nail olmaq idi. Real vəziyyətin təhlili artıq bu istiqamətdə müəyyən dəyişikliklərin olduğunu üzə çıxarır. Məsələn daxili istehsalın həcmi getdikcə artır. Eyni zamanda xidmət sahəsi üzrə də eyni hal müşahidə olunur. turizi buna əyani misal kimi göstərmək olar.
Avro və dolların manat qarşısında bahalaşmasından sonra istirahətini xaricdə keçirmək istəyənlərin sayı azalıb. Buna turizm şirkətləriən verilən sifarişlər də aydın şəkildə göstərir. Əvəzində Azərbaycanın müxtəlif bölgələrində istirahət etmək istəyənlərin sayında artım var. Beləliklə, manatın devalvasiyası daxili turizmin inkişafını stimullaşdırır. Qeyd edək ki, eyni hala valyutası devalvasiyaya uğrayan Rusiyada da müşahidə edilib.
Məlumat üçün bildirək ki, cari ilin ilk iki ayında Antalyaya gələn xarici turistlərin sayı 2,9% azalaraq 241 mindən 234 minə düşüb. Yanvar-fevral aylarında Rusiyadan gələn ziyarətçilərin sayı 41% düşərək 36 mindən 21 min nəfərə qədər enib. Eyni dövrdə İngiltərə bazarında 17% geriləmə müşahidə olunub, Danimarkada 51%, Avstriyada 13%, İsveçdə 30%, İsraildə 35%, Ukraynada 25%, Fransada isə azalma 70% olub. Xatırladaq ki, həmin ölkələrə də səyahət edənlər arasında rusların xüsusi çəkisi olub. Laikn rublun devalvasiyasından sonar vəziyyət dəyişir.
Azərbaycanda da manatın məzənnəsinin son ucuzlaşmasından sonra xaricə gedən turistlərin sayı azalır, daxili turizm isə sürətlə inkiaşf etməyə başalyır. Ümumiyyətlə, manatın məzənnəsinin aşağı salınması və xarici xidmətlərin bahalaşması nəticəsində Azərbaycan vətəndaşları istirahət planlarına dəyişiklik etməyə başlayıblar. Turizm şirkətlərindən verilən məlumata görə, artıq qarşıdan gələn Novruz Bayramı ilə bağlı istirahət və səyahət sifarişləri azalmağa başlayıb. Paralel olaraq müştərilər daha ucuz., əsasən də daxili turlara üstünlük veririlər. Şirkətlər isə ölkə vətəndaşlarına Novruz Bayramını qeyd etmək üçün ən müxtəlif varinatlar təklif edilir. Burada ölkənin regionlarında istirahət xüsusi yer tutur.
Daxili turizmin inkiaşfı üçün müvafiqobyektlərin qiymətləri aşağı salması da vacib sayılır. B uvaxta qədər özüün göstərən əsas problemlərdən biri məhz istirahət mərkəzlərinin və otellərin qiymətinin baha olmasıdır. Digər tərəfdən ölkəmizdə ucuz otellər və pansiotnatların sayı da çox azdır. Dünya ölkələrində daxili turizm biznesinin əsas dayağı məhz ucuz otellərin və pansionatların çox olmasıdır. Bu obyektlər həm daxili turistlərin, həm də xarici qonaqların axınını təmin edir. Buna ən yaxşı nümunə qonşu Türkiyənin təcrübəsidir. Ölkəmizdə də belə turizm obyektləriən ehtiyac var. Elə hökumət də az ulduzlu otellərə ehtiyac olduğunu etiraf edir. laki niş adamları hələlik belə obyektlərin inşasına o qədər də maraq göstərmir. Halbuki, Azərbaycanda yerli və nisbətən az gəlirli əhalinin tələbatı əsasən bu tip otellərədir. İnsanlar ölkə daxilində hərəkət edərkən nisbətən ucuz otellərə üstünlük verir.
Onu da qeyd edək ki, daxili turizmin inkişafı yerli iş adamlarının gəlirlərinin artmasına gətirib çıxarır. Bu da öz nöbəsində iş adamlarının bu sahəyə daha çox investisiya qoymasına, təklif edilən xidmətlərin sayının, keyfiyyətinin artmasına səbəb olmaq iqtidarındadır. Lazımi sərmayə bu sahəyə yatırlsa, yerli əhali turizm imkanlarından yararlanmaqla daha keyfiyyətli və ucuz qiymətə istirahət edə bilər. Daxili turistlərin xarici ölkələrə və region ölkələrinə axını azalar, valyuta Azərbaycanda qalar.