Dollar yenə bahalaşdı – Günün məzənnəsi
Azərbaycanda dollar məzənnəsi manata nisbətən cüzi bahalaşıb, avronun kursunda isə cüzi azalma olub.
Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, bu gün üçün müəyyənləşdirilmiş məzənnəyə əsasən, 1 dollar 1,0491 manat olub. Qeyd edək ki, ötən gün 1 dolların məzənnəsi 1,0490 manat olub. Avro da manata nisbətən ucuzlaşıb. Onun məzənnəsi 1.1327 manat təşkil edir. Ötən gün isə bu göstərici 1.1566 olub.