Toyota 112 min 500 avtomobilini geri çağırdı
Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota, 112 min 500 avtomobilini hidravlik sükan və elektrik sistemindəki qüsur səbəbindən geri çağırıb. Toyotadan edilən yazılı açıqlamada, geri çağıran avtomobillərdə aşkar edilən zavod qüsurunun hidravlik sükanın nəzarətdən çıxararaq qəza riski yarada biləcəyi qeyd olunub. Şirkət, geri çağırmaya səbəb olan xətanın indiyə qədər hər hansı bir qəza və ya yaralanmaya səbəb olmadığını bildirib. Geri çağırma, 2014 və 2015 model RAV 4 avtomobillərini (SUV), 2015 model Highlander və Camry-ləri əhatə edir. Qüsurlu avtomobillər Toyotanın rəsmi servisləri tərəfindən pulsuz təmir ediləcək.