Rusiya hökuməti 2015-ci ilin dövlət büdcəsində dəyişikliklərə getdiyi haqqında məlumat yayıb.Məlumata görə, yeni büdcə, barreli 50 dollar səviyyəsində olan brent neftinin qiyməti və 61 rubl səviyyəsində olan dollar/rubl məzənnəsi əsas tutularaq hazırlanıb. Rusiya Parlamentinin alt qanadı Dumadan verilən məlumata görə, büdcədəki dəyişikliklər iqtisadiyyatın əsas sektorlarını dəstəkləyəcək antiböhran planları hesaba alınaraq hazırlanıb. Hökumətin sosial öhdəlikləri də yerinə yetirmək sözünü verdiyi qeyd edilən açıqlamada, Rusiya Mərkəzi Bankının itkilərinin fevral ayında 35 milyard rubla çatdığı barədə məlumata da yer verilib. Açıqlamaya görə, Rusiyanın büdcə gəlirləri 2,54 trilyon rubl azalma ilə 12,54 trilyon rubla endirilib. Rusiyanın büdcə kəsirinin isə 2,675 tirlyon rubl olacağı nəzərdə tutulub.