Əlaqə Arxiv
news Image
2015.03.18
16:10
| A A A
Azərbaycanın sığorta bazarının 72%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 71,5%-i və ya 72,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 28,9 milyon manat və ya bazarın 28,5%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 45,5% böyüyüb.2 ay ərzində ümumi ödənişlərin 72%-i və ya 17,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 34% artıb.İcbarı sığorta növləri üzrə ödənişlər isə 6,7 milyon manat və ya ümumi bazarın 28%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 23,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 18 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 30,7 manatdan 23,2 manata düşüb.


Sizin Reklam Yeriniz