Movqe.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, əksər bankların
təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların "dərdinə
çarə" deyil:
"Təbii ki, dollar ilə götürülən kreditlərlə bağlı
istənilən addım hər iki tərəfin- bankların və müştərilərin-
maraqlarına uyğun olmalıdır. Çox sadə misal: manatın məzənnəsi
yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin
aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin
borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500
dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait
ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri
xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan
kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib.
Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq banklarda öz
borclarını xarici valyuta ilə geri
qaytarmalıdırlar".
İqtisadçı bildirib ki,buna görə də, indiki məqamda
daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı
salınmasıdır: "Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun
müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı
salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək.
Mərkəz Bank sədrinin xeyili ümumi olan müraciəti isə bankların faiz
dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib
çıxarmır".
V.Bayramov qeyd edib ki, əslində Mərkəzi Bankın
dollar ilə götürlən kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi
üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac
var:
"Əvvəlla, Mərkəzi Bank belə güzəştlərin tətbiq
edilməsi üçün banklara rəsmi və yazılı tövsiyyə məktubu
göndərməsinə ehtiyac var. Baş bankin idarə heyətini göndərəcəyi
məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara
tövsiyyə olunduğu bildirilməlidir.
İkincisi, tövsiyyə məktubunda kreditlər üzrə
tövsiyyə edilən faiz endirimlərinin intervalları qeyd
edilməlidir.
Məsələn, indiki halda kredit faizlərinə ümumi
faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər
istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit
faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit
üzrə 9.3 faiz güşət tətbiq edilmiş olur. Bu isə, həm kommersiya
banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə
qabiliyyətinin normallaşmasına imkan verə bilər. Bütövlükdə,
Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən
vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin
vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyyə edilən həddə
aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin
xeyili yumşalmasına səbəb ola bilər. Bununla dollar ilə olan
kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların
aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da
likvidliyinin qorunub saxlması mümkündür".
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri
Elman Rüstəmov manatın ucuzlaşmasından sonra banklara müraciət
edərək kredit faizlərini aşağı salmağı və kredit müddətini uzatmağı
tövsiyyə etmişdi.