Əlaqə Arxiv
news Image
2012.08.16
11:49
| A A A
«Azərbaycan Dəmir Yolları» Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO
Ramazan bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejiminə keçib. QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-ECONOMICS"ə verdiyi məlumata görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib: "Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görür. Bundan əlavə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir".
N.Əzməmmdov onu da qeyd edib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulması təmin olunur.
"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə QSC-nin rəsmisi bildirib.
 
Sizin Reklam Yeriniz