Əlaqə Arxiv
news Image
2015.06.03
10:34
| A A A
Manata tələb artmağa başlayır
Rəşad Həsənov: “Əhalinin əlində olan xarici valyutanı daha çox satmağa meyl etməsi üç səbəbdən qaynaqlanıır” Yaşar Əsədov: “Əhalinin valyutadəyişmə məntəqələrində daha çox dollar satması halları Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turistin gəlməsinin nəticəsidir”

Son dövrlər valyuta dəyişmə məntəqələrində əhalinin daha çox əllərində olan xarici valyutaları satmağa meyl etdiyi müşahidə olunur. İnsanlar əllərindəki dollar, avro və digər valyutanı valyutadəyişmə məntəqələrinə gələrək, manata dəyişirlər. Halbuki, bir müddət bundan əvvələ qədər proses əks istiqamətdə gedirdi, əhali daha çox dollar və avro alırdı. Vəziyyətin bu istiqamətdə dəyişməsi, yəni insanların daha çox xarici valyutanı satmağa meyl etməsi görəsən hansı səbəblərdən yaranıb?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, yaranmış bu vəziyyət üç səbəblə bağlıdır: "Əhalinin daha çox əlində olan xarici valyutanı satmağa meyl etməsi üç səbəbdən qaynaqlanıır. Bildiyiniz kimi devalvasiyadan əvvəl və ondan bir müddət sonra əhalidə ciddi narahatlıq yaranmışdı. Onlar bu narahatlıq fonunda vəsaitlərinin hamısını xarici valyutaya, xüsusən də ABŞ dollarına çevirdilər. Sonrakı dövrdə, bizim qeyd etdiyimiz kimi Mərkəzi Bankın apardığı məzənnə yumşaldılması siyasəti nəticəsində bir qrup insan yenidən manatın möhkəmlənəcəyi fikrinə gəldi. Belədə əllərindəki xarici valyutada olan vəsaitləri valyuta dəyişmə məntəqələrində yenidən manata çevirməyə başlayıblar. Xarici valyutaya çevrilən vəsaitlərin bu gün istifadə olunarkən yenidən manata çevrilməsi ehtiyacı yaranır. Bu səbəbdən də son dövrlər valyutadəyişmə məntəqələrində vətəndaşlar tərəfindən dəyişdirmək üçün təqdim olunan xarici valyutanın həcmi artıb. Baş verən prosesin digər səbəbi isə hazırda insanlarda yığımda olan vəsaitlərin demək olar ki, dövriyyəyə buraxılmasından qaynaqlanır. Sadaladığım bu üç səbəb hazırda əhalinin valyuta dəyişmə məntəqələrində daha çox xarici valyutanı satmağa meyllənməsinə gətirib çıxarıb. Bəhs etdiyimiz səbəblərdən dolayı bu gün valyutadəyişmə məntəqələrinə təqdim olunan xarici valyutaların həcmi artıb. Bu prosesin hələ bir müddət də davam edəcəyi gözlənilir".

İqtisadçı-ekspert Yaşar Əsədov isə düşünür ki, əhalinin valyutadəyişmə məntəqələrində daha çox dollar satması halları Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turistin gəlməsinin nəticəsidir: "Çox güman ki, xaricdən Azərbaycana valyuta axını əsas etibarı ilə neft biznesi, enerji resurslarının ixracı ilə məşğul olan şirkətlər tərəfindən daxil olur. Həmçinin, ola bilsin, əhalinin əlindəki xarici valyutanı valyutadəyişmə məntəqələrində satmağa meyl etməsi ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə də bağlı olsun. Çünki bu dönəmdə ölkəmizə xaricdən çoxsaylı insan gəlir. Görünür, valyutadəyişmə məntəqələrində xarici valyutanı dəyişənlər arasında məhz onlar çoxluq təşkil etdiyindən, sözügedən mənzərənin yaranmasının şahidi olmuşuq. Digər tərəfdən, ola bilər, kimlərsə tərəfindən büdcəyə hansısa vergi ödəmələri olmalıdır və bu məqsədlə də əlindəki xarici valyutanı manata çevirib, vergini verməyə başlayıb. Bu zaman ondan muğayat olmaq lazımdır ki, kimsə bu yolla şüurlu sürətdə manatı dövriyyədən çıxarmasın".

Sizin Reklam Yeriniz