Əlaqə Arxiv
news Image
2015.06.03
15:40
| A A A
SOCAR prezidenti: “Avropa Oyunları ilə əlaqədar daxili tələbatı ödəmək üçün neft məhsullarının ixracını azaltmışıq”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev may ayında neft məhsullarında ixracın azalması məsələsinə aydınlıq gətirib.

Movqe.az-ın  xəbərinə görə, SOCAR prezidenti deyib ki, I Avropa Oyunları ilə əlaqədar ölkənin yanacağa olan tələbatını tam ödəmək məqsədilə ötən ay neft məhsullarının ixracı azaldılıb: "Biz neft məhsullarının ixracını dayandırmamışıq. Sadəcə olaraq ixracı bir az azaltmışıq. Bilirsiniz ki, qarşıdan Avropa Oyunları gəlir. Buna görə də yanacağa böyük tələbat var. O tələbatı tam ödəmək üçün neft məhsullarının ixracını bir az azaltdıq ki, anbarlarda yanacağımız bol olsun. Bu, imkan verəcək ki, daxili bazarın tələbatını tam ödəyək".

Sizin Reklam Yeriniz