Əlaqə Arxiv
news Image
2015.06.08
11:40
| A A A
Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

"Azərkosmos" ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır. Bunu Movqe.az-a ASC-dən deyiblər.

Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur. Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.

Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi üçün kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.

Sizin Reklam Yeriniz