Əlaqə Arxiv
news Image
2015.06.19
17:40
| A A A
Yunanıstan defolt elan oluna bilər

Yunanıstanda maliyyə təşvişi yaşanır - son 3 gündə əmanətçilər bank depozitlərindən 2 mlrd. avro həcmində nağd vəsait çıxarıblar. Hökümət ölkəyə gələn turistlərə özləri ilə lazımi qədər nağd valyuta götürməyi tövsiyə edib.

Movqe.az-ın  "Financial Times"a istinadən verdiyi xəbərə görə, təşvişi görən Avropa Mərkəzi Bankı (AMB) Yunanıstan banklarının bazar ertəsi, iyunun 22-də çalışmama ehtimalının olduğunu bildirib. Qeyd edək ki, iyunun 22-də Avropa İttifaqının (Aİ) Yunanıstan probleminin həlli yollarını müzakirə etmək məqsədilə növbədənkənar iclası təyin olunub. Sammitin keçirilməsi xəbərini Avropa Şurasının rəhbəri Donald Tusk verib. Daha öncə Lyuksemburqda Aİ maliyyə nazirləri səviyyəsində keçirilən sammitdə nəticə əldə olunmadığına görə, bu dəfə görüş Avropa ölkələrinin liderləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardın (Christine Lagarde) sözlərinə görə, bu ayın sonuna qədər Fonda 1,5 mlrd. avro ödəməyəcəyi təqdirdə Yunanıstan "defolt" elan ediləcək. O, Yunanıstana heç bir güzəşt müddəti və ya ertələmə verilməyəcəyini deyib.

Sizin Reklam Yeriniz