Əlaqə Arxiv
news Image
2015.07.01
12:15
| A A A
Dolların məzənnəsi yenə dəyişdi
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Movqe.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1733 AZN-dən 1,1679-a qədər azalıb. ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0483 AZN-dən 1.0485-ə qədər yüksəlib.  Rus rublunun məzənnəsində də bahalaşma qeydə alınıb. Rubl 0,0188 AZN-dən 0.0190-a qədər artıb. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Sizin Reklam Yeriniz